search
menu
person

NEWS AND UDATES


21:56
Lənkəranda bir gecədə 9 nəfəri it dişləyib
Lənkəranda bir gecədə 9 nəfəri it dişləyib

 

Lənkəranda səkkizi kişi və biri qadın olmaqla 9 nəfəri it qapıb və onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

Oxu.Az-ın regional müxbirinin məlumatına görə, hadisə Liman şəhəri ərazisində baş verib.

Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib.

1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa  Ələkbər oğlu Məmmədov və Anar adlı bir şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

 Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilk yardım göstərildikdən sonra zərərçəkənlərin bəziləri evə buraxılıb. 

Onların hamısına sabah quduzluğa qarşı vaksin vurulacaq.

 





 

Category: XƏBƏRLƏR | Views: 75 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $