/ Новости сайта / XƏBƏRLƏR / Lənkəranda "DOST"-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb - SİYAHI
01.06.2020

Lənkəranda "DOST"-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb - SİYAHI

Lənkəranda "DOST"-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb - SİYAHI


 


Lənkəranda "DOST" Mərkəzinin maaş kartlarının vəzifəli şəxslərin qohumlarının adlarına yazılması barədə daha bir məlumat yayılıb.
 
Qedim.az Qlobal.az-a istinadən xəbər verir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
 
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının Taleh Qaraşovun Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, "LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırdığını qeyd edən jurnalist daha bir ilginc fakta toxunub: "Sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir. Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı, 1954-cü il təvəllüdlü Xanbaba Babayevin oğludur".
 
O bildirib ki, adı "DOST" maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur.
 
"Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir. İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur", - jurnalist bildirib.
 
Qlobal.az xəbər verir ki, bu ilin fevral ayında Lənkəran kənd 74 saylı Seçki Dairəsinin sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin oktyabrından "DOST" Mərkəzi MMC-də fəhlə kimi çalışması ilə bağlı xəbər dərc etsə də, Lənkəran İcra Hakimiyyəti mövzuya münasibət bildirməyib.
 


tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: