10:45
Lənkəranda istifadəyə verilən İsti-su istirahət mərkəzində Talışlara qarşı haqsızlığ edilir.
Lənkəranda istifadəyə verilən İsti-su istirahət mərkəzində Talışlara qarşı haqsızlığ edilir.


Lənkəranın Haftoni qəsəbəsində inşası başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi Təxminən 11 hektar sahəsi olan kompleksdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərir. Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cü ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib. Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Lənkəran İstisu və Sağlamlıq Mərkəzində yerləşən ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edirlər. Tibbi mərkəzdə aptek də fəaliyyət göstərir. Hazırda Lənkəran İstisu və Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi, o cümlədən 7 quyu və 5 bulaq mövcuddur. Mənbələr istilik dərəcəsinə əsasən izotermal, termal və hipotermal sular olaraq quruplaşdırılıb. Termal su yatağı üzrə xloridli-natriumlu-kalsiumlu sular üstünlük təşkil edərək karbon və azot qazlı sular qrupuna daxildir.
  
  Bundan əlavə, termal suyun tərkibində sulfat aniomları, kalium və kükürd var. Bu tip sular müalicəvi-mineral sular və mineral sular qrupuna aid edilir. Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi nəzərdə tutulub.

Ən maraqlısı odur ki, bu istirahət mərkəzləri nəyə və kimə xidmət edir?  Talışın bütün gözəl mənzərəli yerləri alınıb istirahət mərkəzləri tikilir və sonrada Talışları həmin istirahət mərkəzlərinə buraxmamaq qeyri insani hərəkətdir. Bir Talış olaraq insanlar və millətlər  arasında ayrı seçkilik edənlərə öz etirazımı bildirirəm ,  cəmiyyətdə bu şovinist milliyyətçilik kimi proseslərin qarşısını dövlət almalıdır.

İndi həmən yazını sizə təqdim edirik : “Lənkəran doğma məkan adlı feyizbook səhifəsinə istinadən.”
“Lənkəranda istifadəyə verilən İsti-su istirahət mərkəzində Talışlara qarşı haqsızlığ edilir. İstirahət mərkəzinin rəhbəri tərəfindən verilən göstərişə əsasən talışların içəri buraxılması qadağan olunmuşdur. Ramin adlı harınlanmış kimdirsə bu göstərişləri icra edir. Biz Talışların adı qadağan olunduğu kimi artıq öz doğma dədə baba torpaqlarımızda istirahət etmək hüquqlarımızda əlimizdən alınır, bizim haqqımızın tapdalanmasına nə vaxtda dək göz yumarıq?” yazılıb .

İntiqam Həmidov .

Category: TALIŞH | Views: 420 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: