22:01
Lənkaranda nə baş verir !!!
Lənkaranda nə baş verir !!!




Bura Lənkəranın Təngivan kəndidir. 
Lerikin Piran kəndi ilə həmsərhəd olan kənd. Kəndin mərkəzində 12 il əvvəl daş-çınqıl karxanasi açdılar ki, guya çayda olan qumu aparacaqlar. Camaat o vaxt etiraz etdi, lakin müxtəlif yollarla camaatın səsini boğdular. 

Ekologiya nazirliyinin Lənkəran şöbəsi heç vaxt bu işlə ciddi məşğul olmaq istəməyib. Lakin nazirliyin Bakıdan gələn nümayəndəsi bir dəfə özü dedi ki, istər çayı, istərsə də onun ətrafını bircə metr belə qazmaq qanunsuzdur. Lakin onlar bu 12 il ərzində çayı azı 10 metr qazdılar, 20 metr eni olan çayı 80, 100 metr keniş etdilər. Əvvələr heyvanlar və insanlar istənilən yerdən çayı keçə bilirdi, indi isə keçməyə cəmi 2 yer qalıb, bu yerlər isə dərin xəndəklə doludur, heyvanlar keçəndə düşür, insan isə min əziyyətlə keçir. Onu da deyim ki, çay kəndi 2 hissəyə ayırır, çaydan sağda pay torpaqları, örüş və meşə yerləşir, çayın sol sahilində isə camaatın təkcə evləri yerləşir, ona görə də insanlar və heyvanlar hər gün çayı keçməyə məcburdur. Ona görə vəziyyət bərbaddır. 


Çay sahilində azı 40 hektardan çox torpağı 12 metr qazıb apardılar, halbuki keçmişdə bu ərazilərdə camaat çəltik əkirdi, lakin dövlət orqanları sənədi yoxdur bəhanəsi ilə camaatdan zorla alıb qazıb apardılar. Deyək ki, lap sənədi yox idi, sənədi olmayan yerləri bu hala salmaq hansı qanunda yazılıb? 
Bununla yanaşı camaatın pay torpaqlarına gedən yolları məhv etdilər, 2 yoldan birini tamamilə qazıb apardılar, digər yol isə elə hala salıblar ki, demək olar dağılmaq üzrədir. Camaatın qədim körpüsunü dağıtdılar, camaat etiraz edəndən sonra körpü qoysalar da xeyri olmadı, sel apardı, çünki çayda körpünü bərkitmək üçün heç nə saxlamayıblar. Ona görə də daşqın vaxtı çayı keçmək mümkün deyil.

Bütün il boyu karxanadan çıxan toz-torpaq da kəndin başına ələnir, zavod evlərə çox yaxın olduğu üçün ağız deyəni qulaq eşitmir. Nə uşaqlar dərs oxuya bilir, nə camaat evində dincələ bilir, nə də öz evində ağız deyəni qulaq eşitmir.

 İndi qazmağa heç nə qalmayıb deyə keçiblər örüşləri, pay  torpaqlarının  kənarını aşırırlar. Pay torpaqları da müharibə dövrü fürsətdən istifadə edib 1,5 km kənarını üçurublar ki, öz maşınları üçün yol düzəldiblər. Artıq pay torpaqları da uçmaq üzrədir.

Bütün dövlət orqanlarına illərlə şikayət etmişik və edirik. Hamısını da pul ilə ağzını bağlayırlar. Dəfələrlə onları
 məhkəməyə də vermişik, məhkəməyə də pul verib məsələni bağlayırlar, məhkəmə isə camaatı heç içəri buraxmır. Sonuncu dəfə iddianı Ekologiya Nazirliyinin Bakıdan gələn nümayəndəsi onlar üçün
 qaldırmışdı. Bu məhkəmə də ayaqüstü oldu, karxana sahibi da məsələni ayaqüstü həll edib işi bağladı.
Karxananı müdiri bilinmir kimdir, onu heç kim görməyib, amma  bütün bu qanunsuz işlərə rəhbərlik edən adam müdir müavini Şaiq Həsənovdur. Əlbəttə, o bütün bu qanunsuz işləri icra hakimi, bələdiyyə sədri birlikdə edir.  Şikayət edənlərə isə  hədə qorxu gəlinir, şərləməklə qorxudulur.

Şikayətçilər: Kənd sakinləri.

tolishstan.com
Category: XƏBƏRLƏR | Views: 68 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: