search
menu
person

NEWS AND UDATES


12:03
Layihə-smetasına 212 min, bəs təmirinə?..

Layihə-smetasına 212 min, bəs təmirinə?..

Layihə-smetasına 212 min, bəs təmirinə?..
 










 




Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir ediləcək.


 
 
Avqust ayının 15-də "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsi açıqlanıb.
 
Qlobal.az-ın araşdırmasına görə, tenderin qalibi "Arch Style” MMC olub.
 
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün "Arch Style” MMC-yə 212 min 400 manat ödəyəcək.
 
Layihə-smeta "şişirdilib"?
 
Öncə qeyd edək ki, 1900-1904-cü illərdə inşa edilən Bakı Şəhər İcra Hakimiyyətinin hazırkı inzibati binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.
Məlumata görə, yeni tərtib olunacaq təmir-bərpa işlərinin layihə-smeta sənədlərində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının fasad və dam örtüyünü əhatə etməyəcək.
 
Bina ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındığından binanın daxili divarlarının dəyişdirilməsindən də heç bir söhbət gedə bilməz. Böyük ehtimalla tərtib olunacaq yeni layihə-sematada yalnız binanın döşəmə, tavan və daxili divarlarının interyeri - tərtibatı nəzərdə tutulub. Bəs o zaman görüləcək işə görə ödəniləcək vəsait - 212 min 400 manat astronomik rəqəm deyilmi?
 
Ölkədə layihə-smeta işləri neçəyə görülür?
 
Son zamanlar ölkədə ən çox layihə-smeta sənədlərinin hazırlanması sifarişini verən dövlət maliyyəli qurumlarından biri Dövlət Statistika Komitəsidir.
 
Komitə bu ilin mart ayında Yevlax, Ağsu, Ağcabədi, Şamaxı Göygöl, Zərdab, Salyan, İmişli və Şəmkir rayonlarının Statistika İdarələrinin inzibati binalarnın yenidən qurulması və əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə sifarişçi qismində çıxış edib. Sifariş olunan layihə-smeta sənədlərinin hazırlanması işində ən böyük rəqəm 17900 (Göygöl) manat olub.
 
Ötən ilin noyabr ayında Bakı Nəqliyyat Agentliyinin sifarişçisi olduğu "Bakı şəhərinin körpü və tunellərinin kənarı üçün quraşdırılması nəzərdə tutulan məhəccərlərin və Bakı şəhərinin küçə və prospektlərində piyada səkilərinin layihə-smeta sənədlərinin hazırlanmasına dair iş və xidmətlər" üzrə işin dəyəri isə 9.741 manat olub.
 
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin ötən ilin əvvəlində Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid (çoxsaylı) binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin smetası isə 99.710 manat təşkil edib.
 
2018-ci ilin oktyabr ayında İsmayıllı Rayon İcra Hakimiyyətinin sifarişçisi olduğu "İsmayıllı rayonu, İvanovka kənd Mədəniyyət Sarayı binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işləri"nin dəyəri 14.804 manat təşkil edib. Onu da qeyd edək ki, nəzərdə tutulan bu layihə-smetada İvanovka kənd Mədəniyyət Sarayı binasının daxili təmiri ilə yanaşı, fasad və dam örtüyünün də layihə-smetası tərtib edilib.
 
Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə yuxarıda misal gətirdiyimiz qurumların sifarişçi olduqları layihə-smeta işlərinin görülməsi üçün təklif olunan rəqəmlərin müqayisəsini oxucuların və aidiyyatı qurumların ixtiyarına buraxıb keçirik digər məsələyə...
 
"Arch Style” MMC BŞİH-İN layihə-smeta monopolistidir?
 
"Arch Style” MMC 2010-cu ildə təsis edilib.
 
Şirkət 2012-2014-cü illər ərzində layihə-smeta sənədlərinin hazırlanması üçün müxtəlif qurumlardan 9 sifariş alıb.
 
Ancaq 2016-cı ildən "Arch Style” MMC Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin çoxsaylı sifarişlərini həyata keçirməyə başlayır.
 
Hələ bir müddət öncə yerli mediada yayılan xəbərdə "Arch Style” MMC ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şübhəli işbirliyindən bəhs edilirdi.
 
Həmin məlumatda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2016-17-ci illərdə sifarişçisi olduğu 23 sosial yönümlü obyektlərin - Ələt qəsəbəsi - 1 bağça və 1 peşə məktəbi (2), Müşviqabad qəsəbəsi - orta məktəb (1), Lökbatan qəsəbəsi - peşə məktəbi (2), Puta qəsəbəsi - peşə məktəbi (1), Səngəçal qəsəbəsi - orta məktəb (1), Binəqədi qəsəbəsi - orta məktəb (1), Rəsulzadə qəsəbəsi - orta məktəb (3), 6-cı mikrorayon - orta məktəb (1), Biləcəri qəsəbəsi - bağça (1), Hövsan qsəbəsi - orta məktəb (2), Binə qəsəbəsi - idman və akt zalı (1), Qala qəsəbəsi - orta məktəb (1), Buzovna qəsəbəsi - orta məktəb, bağça (3), Bibiheybət qəsəbəsi - bağça (1), Ümid qəsəəsi - orta məktə (1), Pirallahı qəsəbəsi - orta məktəb (1) - layihə-smetasının şişirdildiyi iddia edilirdi.
 
Bakı Şəhər İcra Hakimiyyəti isə saytın sorğusuna cavab verməyib. arqument.az

tolishstan.com
Category: XƏBƏRLƏR | Views: 53 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $