search
menu
person

NEWS AND UDATES


19:10
Lerik Rayonu Tikəband kəndində nə baş verir ? Talışlara qarşı niyə biganədirlər dövlət qurumları
Lerik Rayonu Tikəband kəndində nə baş verir ? Talışlara qarşı niyə biganədirlər dövlət qurumları .


Azərbaycan Respublikası adlı dövlət, dövlət deyəndə ki, artıq dövlətçilik normalarını özündə ehtiva edən sənəd,- Konstitusiya-Əsas Qanun, dəfələrlə, münsifsiz və ləyaqətsiz formada, yaranışından, dəfələrlə saxtalaşdırılaraq bir ailənin-tayfanın, region insanlarının mənafe, maraq və ifrat varlanmaya yönələn mənimsəmələrlə, təmtəraqlı həyatlarının qurulmasına təminat sənədi əsasında, idarə edilir! Hər bir sadə vətəndaş, daha çox isə, Talış mahalının sakinləri Dövlət deyilən bu qrumun, azdan-çoxdan yazılı verdiyi bütün imtiyazlardan, bilərəkdən və tam şəkildə tam məhrum edilmişdir!...
 Belə ki, sosial şəbəkələrin birindən oxuyuruq və kiçik təsislərlə diqqətinizə çatdırırıq:-
“Sizi narahat edən, Lerik Rayonu Tikəband kənd sakini Dədəcanova Nazilə Kərim qızıdır. Bizim evimiz qəzalı vəziyyətdədir, dəfələrlə Fövqəladə hallar nazirliyinə teleqramlar, məktublar göndərmişik, keçən ilin avqustda Bakıdan gəlib, baxış keçiriblər, ancaq nəticə yoxdur. Ailəmiz 9 nəfərdir, 6(altı) azyaşlı uşaq var və onlar üçün çox vacib olan, yaşayış şəraiti az da olsa, qaydaya salınsın. Hər kəsdən və heç kimdən, artıq, etdiyimiz çoxsaylı müraciətlərə rəğmən, bizə kömək eləyən olmamışdır. Yaşadığımız ərazidəki kənd İcra hakimiyyətinin nümayəndəsinə, evimizin qəzalı vəziyyətə olması barədə etdiyimiz müraciətlərə, “plana düşüb” deməklə yaxasını kənara çəkir. 
 Mən necə inanım ki, kəndimizdəki İcra hakimiyyət nümayəndəsi Bəyəli Bədəlov və AR Fövqalədə hallar nazirliyinin Lerik rayonundakı nümayəndəsi Habil Məlikov, mənə veriləsi maddi-pul yardımını mənimsəmiyiblər? Belə ki, Fövqəlada hallar Nazirliyinin fəaliyyətdə olan saytına, hər bir kəs, fərdi olaraq daxil olaraq, görə bilər ki, mən, Dədəcanova Nazilə Kərim qızı öz adımla, yaşadığımız evin qəzalı vəziyyətdə olması barədə dəfələrlə yazmışam. Bunlarla yanaşı, həm də, FHN-ə dəfələrlə məktub və teleqramalar göndərmişəm.
 Təkrarən bildirirəm ki,  ilin avqustda, Bakıdan gəlib baxış keçiriblər, ancaq, çox təəssüflər ki, nəticə yoxdur, olacağına ümid də...artıq itib!  İctimaiyyətə üz tutaraq, təvəqqi edirəm, bizə kömək edin! Paylaşın və əlaqədar kor və kar kimi özlərini aparan, qanunları öz mənafeylərinin xidmətinə yönəldən, el sərvətlərini talayan mənsəb sahibləri biz bədbəxtləri də görüb, eşidə bilsinlər!”
 Biz ürək ağrısı ilə paylaşdıq, sizlərin rəylərini və fikirlərini gözləyirik, əziz həmvətənlərimiz, haqsizliqlara hamılıqla, “DUR” deyək!

Talış Milli Hərakatı .





tolishstan.com
Category: TMH XABAR | Views: 244 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $