/ Новости сайта / XƏBƏRLƏR / Lerik rayonunda yerləşən Relax Ailəvi İstirahət Mərkəzi karantin üçün ayrılıb-VİDEO
29.03.2020

Lerik rayonunda yerləşən Relax Ailəvi İstirahət Mərkəzi karantin üçün ayrılıb-VİDEO

Lerik rayonunda yerləşən Relax Ailəvi İstirahət Mərkəzi karantin üçün ayrılıb-VİDEO

 

Lerik rayonunda yerləşən Relax Ailəvi İstirahət Mərkəzi karantin üçün ayrılıb.

 Dünya ölkələrində Koronaviris pandemiya infeksiyasının geniş vüsat aldığı bir dönəmdə, Azərbaycan höküməti qabalayıcı tədbirləri uğurla həyata keçirir. Ölkəmizdə xüsusi müalicə müəssisələrindən başqa, bir çox otellər də karantin məqsədləri üçün hazırlanıb.

Bu aksiyaya öz təşəbbüsləri ilə qoşulan sahibkarlar da var.

Sahibkar Çingiz Məmmədovun müraciəti əsasında, Lerikdə yerləşən “Relax” Ailəvi İstirahət Mərkəzi artıq bir neçə müddətdir ki, Koronavirus pandemiyası təhlükəsindən mühafizə ilə əlaqədar karantin üçün ayrılıb.

Sahibkar Çingiz Məmmədov Ümid Tv Azərbaycan kanalına müsahibəsində bildirdi ki, ölkə prezidentinin Pandemiya infeksiyasına qarşı effektiv mübarizə tədbirləri ilə bağlı müvafiq Sərəncamlarına uyğun olaraq, ölkə prezidentinin bu təşəbbüsünə qoşularaq, sahibi olduğu istirahət mərkəzini Koronavirus təhlükəsi sovuşana qədər  karantin üçün hazırlayıb. Sahibkar onu da qeyd etdi ki, İstirahət Mərkəzində 500-dən yuxarı şəxsin karantin məqsədilə yerləşdirilməsi mümkündür. Hazırda 100-dən yuxarı ölkə xaricindən gətirilən həmvətənlərimiz  məhz karantin məqsədilə İstirahət Mərkəzində yerləşdirilib.

Sahibkar xüsusilə qeyd etdi ki, İstirahət Mərkəzində, Koronavirus təhlükəsinə görə nəzərdə tutulmuş karantinin şərtlərinə cavab verən hər cür şərait yaradılıb. Hazırda karantin zonası hesab edilən "Relax" Ailəvi İstirahət Mərkəzi, xüsusi ayrılmış polis əməkdaşları tərəfindən ciddi mühafizə olunur, həmçinin lazım olan tibbi briqada ilə də təmin olunub.

Sahibkar Çingiz Məmmədov onu da bildirdi ki, ölkə Prezidenti Cənab İlham Əliyevin Azərbaycan xalqının təhlükəsizliyinin təmin edilməsi baxımından vaxtında gördüyü lazımi tədbirləri alqışlayır və bir sahibkar kimi ölkə Prezidentinin start verdiyi bu mühüm aksiyaya imkanları daxilində hər zaman dəstək verəcək.

Sonda sahibkar, Prezident İlham Əliyev cənablarının Azərbaycan xalqına xüsusi diqət və qayğısı sayəsində, xalqımızın bu Pandemiya təhlükəsindən də qalib çıxacağını qeyd etdi.

UTVİNFO xəbər

Qeyd düzəliş: Ümid Tv Azərbaycan kanalının xəbər proqramında gedən "500-dən yuxarı və ölkə xaricindən gətirilən həmvətənlərimiz" kimi səsləndirilməli olan ifadələr, "İstirahət Mərkəzində 600-ə yaxın və hazırda 100-dən yuxarı ölkə xaricindən gələn turistlər məhz karantin məqsədilə İstirahət Mərkəzində yerləşdirilib" ifadələri olaraq səsləndirilib. 

İzləyicilərdən texniki səhvə görə üzr istəyirik. 

 




tolishstan.com

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Март 2020  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0