search
menu
person

NEWS AND UDATES


15:58
Leyla Mustafayeva: "Əfqan Muxtarlıya həbsdə təzyiqlər başlayıb"

Leyla Mustafayeva: "Əfqan Muxtarlıya həbsdə təzyiqlər başlayıb"

Leyla Mustafayeva:
 
"Əfqan zəng edib dedi ki, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər artıb. O, təcili olaraq vəkilləri ilə görüşmək istədiyini bildirdi".
 
Bunu 16 saylı Cəzaçəkmə Müsəssisəsində həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva deyib.
 
O, feysbuk profilində Əfqan Muxtarlıya təzyiqlər edildiyini yazıb: "Mənə yeməyi, dərmanları Samir Əsədli gətirir. Samir Əsədliyə zəng etməyə yasaq qoyublar. Ad günümdə dostlarım və həmkarlarımdan 200-dək təbrik məktubu və açıqcalar gəlib. Onları da mənə verməkdən imtina ediblər. Məni xəstələr üçün nəzərdə tutulan otaqdan da çıxarıblar.
 
Həbsxananın əməliyyat şöbəsinin inspektoru Kamil adlı şəxs mənə gətirilən "Neft Fəlsəfəsi” kitabını və Elxan Xanəlizadənin "Zəncir” romanını verməkdən imtina etdi, mənə dedi ki, kitab oxumasan nə olacaq ki?!
 
Bir həftədən çoxdur, məni təxribata çəkirlər. Bu işdə cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənov və Kamil adlı inspektor fəallıq göstərir. Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər.
 
Həbsxanadakı məhbuslara sifarişlə suvenir gəmilər düzəltdirib dostlarıma göndərirdim. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi həmin məhbuslara da təzyiq edib. Həmin məhbuslar suvenir gəmilər üçün verdiyim sifarişi və pulu geri qaytarıblar.
 
Görünür, mənə verdikləri 6 il həbs cəzası ürəklərini soyutmayıb. Mehman Hüseynova qarşı qaldırılan son cinayət işinə xitam verdilər. Amma digər məhbusların azadlığa buraxılması üçün cəhdləri, aksiya və kampanyaları davam etdirmək lazmıdır. Siyasi məhbusların azadlığa buraxılması üçün mitinqə çıxanlara,eləcə də aclıq aksiyasına qoşulan hər kəsə təşəkkür edirəm”.
 
Əfqan Muxtarlı 2017-ci ilin mayında Azərbaycanda həbs olunub. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, döyülərək işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro yerləşdirildiyini bildirib.
 
Prokurorluq isə jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.
 
Məhkəmə jurnalistə qarşı ittihamları sübuta yetirə bilməyib. Belə ki, müdafiə tərəfin vəkillərinin jurnalistin üzərindən çıxdığı iddia olunan 10 min avro üzərindəki əl - barmaq izlərinin yoxlanılması, sərhəd keçid məntəqəsinin müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi, jurnalistin üzərindəki xəsarətlərin müayinəsi üçün tibbi ekspertizanın keçirilməsinə dair qaldırdığı vəsatətləri rədd edib.
 
Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb.
Категория: XƏBƏRLƏR | Просмотров: 36 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090