search
menu
person

NEWS AND UDATES


21:10
Əli Nasirin Azərbaycan və Talış xalqının qəhrəman oğlu polkovnik Ələkrəm Hümmətzodə yə yazdığı şeiri
Əli Nasirin Azərbaycan və Talış xalqının qəhrəman oğlu polkovnik Ələkrəm Hümmətzodə yə yazdığı şeiri




ƏLƏKRƏM XAN

Sındırdı bütün bütləri bütxanəni yandırdı Ələkrəm!
Şax durmağı öyrəndi Talış dağlarının zirvələrindən,
Xənnasların, iblislərin ehkamını oynatdı yerindən,
İnsanlara mərdlik, kişilik dərsini öyrətdi dərindən,
Nacinslərə, naqislərə insanlığı qandırdı Ələkrəm!

Quzğunların amalını, əfkarını xülyasını duydu,
Bayquşların avazına yox, millətinin eşqinə uydu,
Millət kitabında yenə məğrur Talış imzasını qoydu,
Dünyaya qədim Atropatı, Babəki andırdı Ələkrəm.

Allaha tapınmaqla bu gün eylədi şeytanları məğlub,
Xalqın malı üstündə qudurmuş o qudurğanları məğlub,
Mərdliklə, dəyanətlə qırıb eylədi zindanları məğlub,
Sındırmağa öyrəşmiş olan kəsləri sındırdı Ələkrəm.

Zalımlığa, nadanlığa, cahilliyə nifrət dedi daim,
Enməkliyə, dönməkliyə, çönməkliyə nifrət dedi daim,
Sınmaqlığa, sinməkliyə, sönməkliyə nifrət dedi daim,
Qəlblərdə, beyinlərdə həqiqət şamı yandırdı Ələkrəm.

Nacinslərə, naqislərə insanlığı qandırdı Ələkrəm.
Dünyaya qədim Atropatı, Babəki andırdı Ələkrəm.
Sındırmağa öyrəşmiş olan kəsləri sındırdı Ələkrəm.
Qəlblərdə, beyinlərdə həqiqət şamı yandırdı Ələkrəm.
Qəlblərdə, beyinlərdə həqiqət şamı yandırdı Ələkrəm.

Əli Nasir  
Категория: TALİSH | Просмотров: 71 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090