11:20
Əliyevin Pandora sənədlēri haqqında müsahibəsi
Əliyevin Pandora sənədlēri haqqında müsahibəsi.


İlham Əliyevin sözlərinə görə, ola bilsin, biz elə bir şey etmişik ki, Qərbdəki bəzi güclərin xoşuna gəlməyib: "Ama Azərbaycana gəlincə, əlbəttə, İkinci Qarabağ savaşındakı Qələbəmiz bir çoxları üçün sürpriz oldu. Onlar bunu "bəyənmədilər". Onlar Azərbaycanı asılı, zəif, işğal altındakı və hər zaman münaqişənin həlli üçün yardım arayan ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü təkbaşına etdi və Ermənistana qələbə çaldı, Ermənistana yaxın bağlılığı olan Qərbdəki həmin çevrələr daha aktiv fəalliyyətə keçiblər".
 
Prezidentin sözlərinə görə, onlar bunu gözləyirdilər: "Əslində, biz, Azərbaycana qarşı yeni qaralama kampaniyası planlaşdırıldığını bilirdik!".
 
"Prezident seçiləndə mən  fəqir bir adam deyildim"
İ.Əliyev yada salıb ki, o, 18 ildir prezident kürsüsündədir: "Mən bundan əvvəldə iş adamı olmuşam, ticarətlə məşğul olmuşam. Biyoqrafiyam da hər kəsə məlumdur. Özü də uğurlu iş adamı olmuşam. Prezident seçildiyimdə mən yoxsul insan deyildim".
 
"Bütün vardövlət və işlərimi övladlarıma ötürdüm"
O əlavə edərək qeyd edib ki, prezident olduqdan sonra bizneslə olan birbaşa əlaqələrini saxlayib və ticarət işlərini öz ailəsinə ötürüb: "Siz bəlkə məni başa anlayarsız ki, bütün varidatımı it və pişiklərə ötürüb gedən Qərbdəki digər şəxslərdən fərqli olaraq, İtaliya və Azərbaycanda bizlər „ailə dəyərlərinə“ daha çox önəmsəyirik. Buna görə, mən bütün ticarət əlaqələrimi övladlarıma ötürdüm. Onlar isə yüksək səy göstərib bu ticarəti dövr etdirirlər. Əsas olaraq onlar kapitalı Azərbaycana yatırırlar. Onların Azərbaycandan qıraqda kapitalları da var. Onların bütün ticarət və fəaliyyətləri şəffafdır və beynəlxalq səviyyədə yoxlamadan keçirilir və heç kim burada nəyinsə yalnış olması iddiasını ortaya ata bilməz".
 
Fərhad Əsədov .
Category: Sİyasət | Views: 48 | Added by: tmmrtalish | Tags: Fərhad Əsədov . | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: