21:06
“Mədəniyyət Nazirliyinin mədəniyyəti çatmadı..” – Baloğlan Əşrəfovun oğlu (VİDEO)

“Mədəniyyət Nazirliyinin mədəniyyəti çatmadı..” – Baloğlan Əşrəfovun oğlu (VİDEO)


“Mədəniyyət Nazirliyinin mədəniyyəti çatmadı, Baloğlan Əşrəfovun vəfatı ilə əlaqədar adi başsağlığı versin.”

AsiyaTV 
xəbər verir ki, bu sözləri bir ay öncə vəfat edən Azərbaycan Respublikasının Əməkdar artisti, sevilən müğənni Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov öz feyzbuk profilində yazıb.

Mərhum müğənninin oğlunun yazdığı status böyük müzakirəyə səbəb olub.
O, paylaşdığı statusda yazır:

“1971-ci ildən bəri sevilərək xalqın sevgisini qazanan və o gündən bəri sənəti ilə həmişə sevilərək gündəmdə qalmağı bacaran bir sənətçinin ölümü hər kəsə təsir etdi, təkcə Mədəniyyət Nazirliyindən başqa. Düz 50 il peşakar sənətdə oldu. Əməkdar artist adını alıb. Fəxri ad alaraq, vəfat edən digər sənətkarlara hər zaman rəsmi qaydada başsağlığı verilib. Bəs niyə Baloğlan Əşrəfova eyni qaydada baş sağlığı verilmədi? Onsuzda sağlığında onun halalca adını, layiqli qiymətini ona vermədiniz. Amma xalq o adı ona coxdan vermişdi. Niyə Baloğlan Əşrəfova qarşı belə ədalətsiz mövqe tutursuz, səbəb nədir? Ən azından ölümündən sonra adi başsağlığı verərdiniz. Baloğlan Əşrəfovun qiymətini zamanında Maestro Niyazi, Şövkət Ələkbərova, İslam Rzayev verib. Baloğlan Əşrəfov dünən sənətə gəlməyib. 50 il bundan öncə senzuralar keçə-kecçə gəlib. Bu qədərmi mədəniyyət nazirliyi Baloğlan Əşrəfova qarşı ədalətsiz mövqedədir, adi başsağlığı belə vermir.”
“Mədəniyyət Nazirliyinin mədəniyyəti çatmadı..” – Baloğlan Əşrəfovun oğlu (VİDEO)
Category: Mədəniyyət | Views: 38 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: