search
menu
person

NEWS AND UDATES


18:22
Məhbus Elvin Nəzərov başəna gələnlər!
                                                       Məhbus Elvin Nəzərov başəna gələnlər!

“Məni şöbəyə gətirdikləri andan döyməyə başladılar. İlk dəfə döyməyə başlayanda qollarımı qandalladılar, gözümə də qara dəsmal bağladılar ki, döyənlərin üzünü görməyim. Ağzımı “skoçla” bağlamaq istəyəndə dedim ki, burnumdan nəfəs ala bilmirəm, ancaq ağzımdan nəfəs alıram. Əgər ağzımı da bağlasanız boğulub öləcəm. Mən qışqırmayacam, səsimi çıxarmayacam, dözəcəm ağzımı bağlamayın.

Birinci gün qollarımı qandallayıb, ayaqlarımın altına dubinka ilə var gücləri ilə döydülər. Böyrəklərim və ciyərlərim dağılsın deyə, dubinkanı o qədər möhkəm vururdular ki, huşumu itirirdim. Sonrakı günlərdə də hər gün səhərdən-axşama qədər məni döyürdülər. Huşumu itirəndə su tökürdülər üstümə, ayılırdım və yenidən döyürdülər.

Bir gün məni rütbəli birinin otağına apardılar. O, özünü təqdim etmədi və kobudluqla soruşdu ki sənin uşağın var. Məndə dedim ki, bəli, var. Mənə “sən nəsənki, sənin uşağın da nə olsun” deyəndə, ona layiq olduğu cavabı verdim. O, çox qəzəbləndi, yanındakılara “aparın bunu, ölüncə döyün, o kimdi axı mənə cavab qaytarmağa cəsarət edir” dedi. Bu olaydan sonra məni daha dəhşətli döyürdülər. Yorulanda isə pol ağacının sapı ilə döyürdülər. Hər yerimə vururudlar. Bütün bədənim qanın içində və gömgöy idi.

Bir dəfə iri əlləri olan adamdöyənlər qulağımın pərdəsini partlatmaq üçün var qüvvələri ilə başıma və qulağıma zərbələr endirirdilər. Ağzım burnum qanla dolmuşdu. Qulağımın pərdəsinin hələ də partlamadığını görəndə iri kitabları götürüb başıma və qulaqlarıma yenidən zərbələr endirdilər. Mən huşumu itirdim, su töküb ayıltdılar və yenidən döyməyə başladılar."
Category: XƏBƏRLƏR | Views: 44 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar