19:46
Məhrum Talış alım - şəhidi Fəxrəddin Abbasov (Əbboszodə) barədə dəqiq məlumat və istinad haqqı, mənbə kimi  saytımız göstərilməlidir!
Məhrum Talış alım - şəhidi Fəxrəddin Abbasov (Əbboszodə) barədə dəqiq məlumat və istinad haqqı, mənbə kimi  saytımız göstərilməlidir!

Ümumən, əsasən də daha çox Azərbaycanda demokratiya, azadlıq, azad ifadə haqqı və sair mütərəqqi yaşayış normaları barədə danışmağı özünə vəzifə seçən ölkədaxili və mühacirət həyatı yaşayan hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə müraciət edərək bildiririk ki, Talış xalqının fədakar alim, jurnalist və ictimai-siyasi xadimi, böyük Şəhid Fəxrəddin Abbasov(Əbboszodə) haqqında bütün məlumatlar bizim tolishstan.com saytında dərci, 2018-ci ildən, hələ RF-da həbs olunmasından başlayaraq, hansı maddələrlə ittiham olunması, məhkəmələrin hansı qərarları verməsi, Rusiya Federasiyasında məhkəmə zalından necə oğurlanması, Bakıya necə gətirilməsi, Bakıdakı məhkəmə qərarları və bütün digər detalların hamısı barədə bizim, yuxarıda adını çəkdiyimiz saytda vardır. Onu da xüsusi ilə qeyd etməliyik ki, rəhmətlik böyük alim-Şəhidimiz barəsində məlumatlar bizim saytdan başqa, heç bir digər mətbu orqanında dərc olunmayıb… Fəxrəddin Abbasovun qətlindən sonra, bəziləri, “haqqpərvər” donu geyinmiş fərd və qruplar meydana çıxıb, saytımızda olan məlumat-matreaları götürərək, bəzi, bu məsələlərə heç bir aidiyyəti olmayan fərdlərə istinad edərək, yayımlayırlar... YouTube tv kanallarda yüksək pafosla danışırlar, bildirirlər ki, guya qohumları deyib ki , F. Abbasov gözlədiyi qətl barədə hansısa qohumlarına məlumat verib və o məlumatı ilkin yayan mətbu orqanının, təşkilatının adını çəkməyə belə özlərində güc, cəsarət tapa bilmirlər. İndiyə qədər və bundan sonra, bütün bu və digər məlumatları tirajlayanlara sual edirik ki, hansı qohumları sizə bu məlumatı verib? Bəlkə, tolishstan.com saytıdır sizin istinad etdiyiniz mənbə?... Təkrar edirik, qorxudan, cəsarətsizlikdən adını çəkə bilmirsinizsə, onda heç olmazsa, etirafa cəhd edin… Mətbuatda istinad mədəniyyəti deyilən bir qayda-qanun var, heç olmazsa, bu qayda-qanunlara hörmət qoyaraq, riayət edin!
 Redaksiya heyyəti.
Category: TMH Xəbon | Views: 159 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 5.0/1
Total comments: 0
Подписка: 1 Код *: