18:36
Mən Talış olaraq Mənim tarixim, mədəniyyətim təhrif olunub, saxtalaşdırılmış, digər millətlərin adına yazılıb

Mən Talış olaraq Mənim tarixim, mədəniyyətim təhrif olunub, saxtalaşdırılmış, digər millətlərin adına yazılıb .

Salam əzizlərim. Bilirəm, çoxlarınız pantürkçülüyü qınadığım halda, tez-tez talış məsələlərimi qabartdığımı təəccüblə qarşılayırsınız. Əzizlərim, məsələyə vicdanla, obyektiv yanaşsanız məni başa düşməkdə çətinlik çəkməzsiniz.Mən, bu ölkənin adı M.Məclis səviyyəsində "ləyaqətsiz, şəxsiyyətin nüfuzuna xələl gətirəcək adlar" siyahısında olan bir millətin nümayəndəsiyəm. Mən, adı təhrif olunaraq eybəcər hala salınmış Talış bölgəsindən olan sıravi bir talış qardaşınızam. Mənim tarixim, mədəniyyətim təhrif olunub, saxtalaşdırılıb, digər millətlərin adına yazılıb. Dədə-babalarımın minillər boyu yaşadığı torpaqlarda ana dilimin dövlətin nəzərində heç bir dəyəri yoxdur.
Bu ölkədə türklər özlərini bütün KİV -də tam ifadə edə bildiyi halda, talış sözünə qarşı qısqanc münasibət vardır. Belə bir münasibəti ən sonda özünə Aşıq Namiq deyən bir faşistin, talış bölgəsini təmsil edən bir cavan oğlana aqressiyasından gördük. Nədən bu ölkədə bütün tv-lər bar-bar türkçülükdən dəm vurduğu halda, təsadüfdən əlinə düşən imkanı dəyərləndirib özünü ifadə etməyə çalışan talışın səsi batırılmalıdır? Nədən hər yerindən duran cüvəllağı əlinə mikrafon alıb mənim bu dövlət, bu vətən üçün saysız-hesabsız şəhidlər vermiş millətimi təhqir etməlidir, aşağılamalıdır?
Əzizlərim , məni "pantalış" hesab etmək ədalətsizlikdir."Pan"lıq aşırılıqdır, ifratdır.Mənim talış xalqımın bu ölkədə hansı haqları təmin olunub ki, hələbir məni panlıqda günahlandıralar? 
Biz müdafiə olunuruq, biz millətimizin məhv olmasına, tarix səhnəsindən silinməsinin qarşısında sipər olmağa çalışırıq.
Bizim heç bir millətlə ədavətimiz yoxdur.Biz dədə-babalarımızın tarixən yaşadığı torpaqlarda öz dilimizlə , mədəniyyətimizlə qiyamətədək baqi qalmaq istəyirik.Biz hər hansı bir milli, irqi, dini ədavət yaradacaq fikirlərdən, əməllərdən uzağıq.Biz bu məmləkətin sülhsevər, vətənpərvər, qürurlu vətəndaşları-Talış övladlarıyıq.

Elvin İrşadov.


 
Category: TMH Xəbon | Views: 113 | Added by: tmmrtalish | Tags: Elvin İrşadov. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: