search
menu
person

NEWS AND UDATES


09:53
Məşhur aktyor Arnold Şvartsnegger, küçədə öz bürünc heykəlinin altında yatarkən bir fotosunu yayımlayır​​​​​​​

Məşhur aktyor Arnold Şvartsnegger, küçədə öz bürünc heykəlinin altında yatarkən bir fotosunu yayımlayır


Məşhur aktyor Arnold Şvartsnegger, küçədə öz bürünc heykəlinin altında yatarkən bir fotosunu yayımlayır və "Gün gələr, dövran dönər" məzmunlu bir yazı yazır...

İfadəni yazmağının səbəbi sadəcə yaşlanmağı deyildi. California qubernatoru olduğu vaxt onun adı və heykəli ilə bir hotel açılmışdı. Hotelin müdiriyyəti hörmətli qubernator Şvartsneggerə "Hər zaman sizin üçün ayrılmış bir otağımız var" demişdi. Arnold qubernatorluq vəzifəsindən çıxdıqdan sonra bir gün hotelə gedir. Hotel isə çoxlu qonaq olduğu üçün yer olmadığını səbəb gətirərək ona ödənişsiz otaq verməkdən imtina edir.

Bu vaxt Arnold bir yataq tulumu gətirir və heykəlin altında yataraq nə ifadə etmək istədiyini izah edir: "Vacib bir vəzifədə olanda hər zaman mənə xoş davrandılar, bu vəzifəm olmayanda isə məni unutdular. Mövqeyinizə, gücünüzə və ya sahib olduğunuz pulun miqdarına güvənməyin; əbədi deyil."

Əsl dostlarınızı ancaq sizinlə mənfəət münasibətləri bitəndə tanıyarsınız.

  tolishstan.com        (Tərcümə Aygün/Uşaqlarımızı düzgün tərbiyə edək.)

Category: SOSİAL PRABLEMLƏR | Views: 74 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $