19:55
MARAQLIDIR

MARAQLIDIR

Kapitalizm, xüsusilə Kapitalizmə keçid dövründə, böyük pul, mülk və hökm sahiblərinin bir qaranlıq tərəfi olur. Keçid dövründə inflyasiyanın güclü, istehsal münasibətlərinin dəyişməsi, mal qıtlığı ilə əlaqədar tam şəffaf iş görmək, bütün qanunlara tam əməl etmək, hər dəfə alınmır. Ən başlıcası, yaşadığın dövlətin təhlükəsizliyinə, insanların hüquqlarına xələl gətirməməkdir. Qürbətdə yaşayan böyük biznes sahibləri, təhlükə hiss edəndə, öz tarixi vətənlərinə, soydaşlarının məskunlaşdığı dost və qardaş ölkələrə üz tuturlar. SSRİ dağılandan sonra, böyük pul qazananların əksəriyyəti indi xarici ölkələrdə rahat yaşayır, müəyyən siyasi və ictimai fəaliyyətlə məşğul olurlar. Kimi Avropaya, kimi Amerikaya, kimi cənub- şərqi Asiya ölkələrinə, kimi İsrailə üz tutub.
Soydaşlarımızdan Rusiya vətəndaşı olan Mübariz Mənsimov və Telman İsmayılov, İsveçrə vətəndaşı olan, İran əsilli, Qızıl Kral ləqəbli Rza Zərrari Türkiyəyə üz tutdular. M. Mənsimov və R. Zərrari Türkiyədə bir neçə il işləyəndən, Türkiyə iqtisadiyyatına böyük yatırımlar etdikdən sonra, aqibətləri bəllidir. R. Zərrari Türkiyədəki bütün əmlakından və qurduğu biznesdən imtina edib, qaçdı xaricə. M. Mənsimov bir illik həbsdən sonra, çox böyük maliyyə çətinlikləri ilə üzləşir və beşillik ev dustaqlığı, onun biznes və maliyyə durumunun yaxşılaşdırmasına çətin ki, kömək edə bilsin.
Mənə maraqlı olanı, T. İsmayılovdur. Bu iş adamı Rusiyada qazandığı pulları vaxtaşırı Türkiyə iqtisadiyyatına, xeyriyyə işlərinə xərcləyirdi. Antalyada bir milyard yarım dollara tikdirdiyi ,,Mardan Palaz " ,dünyanın ən yaxşı otellərindən biri və Türkiyənin turizm biznesi üçün çox böyük ,,şərəf " sayılırdı. Amma T. İsmayılov da, Türkiyədəki bütün əmlaklarından əlini üzüb, qaçıb Bosniya və Herseqovinada gizlənməyə üstünlük verdi. T. İsmayılov Türkiyədə heç vaxt işləməyib, heç bir bizneslə məşğul olmayıb, cinayət törətməyib, qanun pozuntularına yol verməyib. Deməli , Türkiyə dövlətinin T.İsmayılova heç bir iddiası ola bilməz. Onun yeganə ,,günahı," əmlakı və mülkləri ola bilərdi . Hətta Rusiyada bir cinayəti olsaydı ( Rusiya höküməti, burda qazandığı pulları Türkiyəyə daşımağı ona bağışlamaq istəmədi), çoxdan yaşadığı ölkədən onu gətirərdi və mühakimə edərdi. Amma Telman Bosniya və Herseqovinada daha rahat yaşayır və çətin ki, nə vaxtsa doğma vətıni Azərbaycana və qardaş Türkiyəyə qayıtmaq xəyalına düşsün. Həmişə bizimlə qardaşlığı təbliğ edən, xüsusilə son Qarabağ müharibəsi dövründə bizə dəstək olan qardaş Türkiyə, niyə böyük iş adamlarımız və biznes sahiblərimiz üçün xoşagəlməz ölkələrdən birinə çevrilib.? Düşünürəm ki, bu əsrarəngiz gözəlliyə malik ,,Mardan Palaz " ı hansı Xristian ölkəsində tiksəydi, o ölkənin fəxri və toxunulmaz vətəndaşı ola bilərdi. Axı belə arxitektura abidələri, çox nadir hallarda tikilir və dövlət üçün qürur mənbəyidir.
Nə qədər ki, öz doğma vətənimizdə, böyük iş və biznes sahibləri üçün münbit şərait yaratmasaq, belə xoşagəlməz hallarla çox qarşılaşa bilərik.
BURA VƏTƏNDİR, HAYIF...
13 07 2021ci il ADİ.
Category: Sosial şəbəkə xəbərləri | Views: 70 | Added by: tmmrtalish | Tags: Адоглан Исаев | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: