Salam
/ Новости сайта / SOSİAL PRABLEMLƏR / Masallıda 230 minlik əhaliyə gün ərzində 1 Təcili Yardım maşını xidmət edir
06.08.2020

Masallıda 230 minlik əhaliyə gün ərzində 1 Təcili Yardım maşını xidmət edir

 Xeyli  səylərdən, çalışmalardan sonra Masallı Mərkəzi Xəstəxanasına yaxın mənbələrdən  öyrənə bildik ki, 230 minlik əhalisi olan bir rayonda hər gün yalnız 1 işlək Təcili Yardım maşınından istifadə olunur. Misal üçün, əgər  səhər 9-da Xırmandalı kəndindən bir çağırış gəlirsə, eləcə də son  günlərə qədər  MRMX-nin funksiyalarını yerinə yetirən Boradigah Xəstəxanasından  yeganə Təcili Yardım maşını ora gedirsə və həmin vaxt bu kəndən  təxminən   35 kilometr aralıda yerləşən  Tüklə kəndindən yeni çağırış gəlirsə, bu  maşın o kəndə necə qayıdacaq?

 

Necə deyərlər, MRMX-nin maşın parkını “eşələməyə” başladıq. Məlum oldu ki, buradakı rəhbər şəxslərin və digər həkimlərin 100-ə yaxın son model maşını olsa da,  xətəxananın maşın “parkında” cəmi 13 maşın var ki,  onun da ən azından 70 faizi bərbad gündədir.

Konkret rəqəmlərə nəzər salaq:

Cəmi maşınlıarın sayı  -13

Onlarda 4-ü xidmət, 9-u təcili yardım maşınıdır.

4 xidmət maşınından 1-i tam yararsız (1985-də alınıb),    1-i UAZ, 2-si NİVA olmaqla guya işlək maşınlardır.

9 təcili yardım maşınının isə 1-i tam yararsız (1986-cı il istehsalı. silinməlidir), 1- i təmirə aparılıb .

 

Siyahıda olan 8 maşının 4-ü Mersedess, 4-ü Qazel (onlardan biri 25 il öncə cəhbə bölgəsinə aparılıb, sonra qaytarılmayıb).

Masallıya sonuncu Təcili Yardım maşını isə 2016-cı ildə verilib. 

Boradigah qəsəbə və Viləş (keçmiş Kalinovka) xəstəxanalarının Təcili Yardım Maşını yoxdur.

Hazırda Mərkəzi Xəstəxana koronavirus tədbirlər çərçivəsində xidmətini dəyişdiyindən Təcili Yardım Xidmət Ərkivan Qəsəbə həkim Məntəqəsində yerləşir.

Regional Təcili Yardım Xidmətinin Masallıda olan Təcili Yardım maşınından isə əsasən avtomobil qəzaları zamanı istifadə olunur.

Qısası, hər gün 230 min əhalisi olan  bir rayonda xidmətdə  bir təcili yardım qrupu və bir təcili yardım maşını olur. 

Sürücülər növbə ilə işləyir (səhər 9-dan axşam 9-ə qədər, ya da əksinə). 

Masallı Mərkəzi Xəstəxanası 250, Boradigah və Viləş xəstəxanalarının hər biri 15 yerlik olsa da, hazırda ancaq 15 yerlik Boradigah xəstəxanası yerli xəstələri qəbul  edir.

Əhali mövcud vəziyyətlə bağlı operativ məlumatlandırılmır. Hazırda Boradigah xəstəxanası bağlı olduğundan  ehtiyacı olanlar doğuş üçün Lənkərana, digər müayinələr üçünsə özəl xəstəxanalara üz tuturlar. Bu məlumatı isə  rəsmi qurumların heç biri yaymayıb ki, ehtiyacı olan xəstə hara getsin.

Təcili Yardım Maşınları ilə bağlı qəribə söhbətlər dolaşır. Həmin söhbətlərə inansaq, təcili yardım maşınlarının hər birinin təmiri üçün təkcə bu il 3 min manat pul silinib.

Səhiyyə şöbəsi  isə deyilənləri inkar edir.

Hazırda Masallı Mərkəzi Xəstəxanasının direktoru Cəlil Nəzərov Türkiyədə müalicədə olduğu, onun müavini Asif Əliyev  isə uzun müddətdir ki, xəstəliyinə görə işə çıxmadığı üçün rəhbərliklə əlaqə qura bilmədik.

Görünən isə odur ki, bu gün sizə cərrahiyyə, doğuş və digər vacib xidmətlər üçün Təcili Yardım maşını lazım olarsa,  şəxsi nəqliyyata üstünlük verin - təcili yardımdan təcili yardım gözləməyən. Lap maşın olsa belə, onlarrın cəmi 1 təcili yardım briqadası var.

Yazıya söz ardı

Adətən elə yazıları xoş sonluqla bitirməyə çalışsam da, bu dəfə əksini etməyə məcburam. Bu ilin aprel ayında Masallı rayonunun Həsənlili  kəndində, 40 yaşlı sürücünun  idarə etdiyi su maşını yük maşını  ilə toqquşur. Nəticədə sürücü və su maşını yanmağa başlayır.  Hadisə yerinə yollanan Təcili Yardım  və Yanğın Söndürən maşınların hər ikisi nazasızlıq ucbatında yolda xarab olub dayanır. Bir neçə uşaq atası yardımsızlıqdan bağıra-bağıra yolun ortasında yanıb gül olur. 

Hələ Təcili Yardımın gəlməməsi ucbatından şəxsi avtomobillərədə, yollarda dünyaya uşaq gətirən hamilə qadınlardan danışmıram.

Döğrudanmı, dövlətimiz, rayonumuz bu qədər kasıbdır? Tənqid edəndə də bəzi hörmətli rəhbərlər inciyib deyir ki, belə vaxtda biz kimi “pis adamlar” nöqsan axtaarır, uğurlarımızı görmək istəmir.

Yuxarıda qeyd etdiyim kimi, onlar səhiyyə işçinin 5-10 təcili yardım maşın dəyərində “HÜNDÜR DABAN” xarici maşını var. Daha digər “kasıbçılıqlarından” danışmıram.

Yaxud, Yeni İl ərəfəsi rayona gətirilən, dəyəri 45-50 min manat olan işıqlı Ceyran, Maral, Keçi, At heykəlləri.

Bizə bunlar çox lazımdır, ya Təcili Yardım maşınları?

Bəlkə, xeyriyyə aksiyası keçirib, 1-2 belə maşın alaq?

Zahir Əmənov / Cenub.az

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [260]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [108]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Июль 2020  »
ВсПнВтСрЧтПтСб
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0