search
menu
person

NEWS AND UDATES


13:28
Masallıda zülüm ərşə dirənib
Masallıda zülüm ərşə dirənib

Yaxud, Hacı Mazanla rayon İHB-sı Rafil Hüseynov Talış Sıra Dağlarını hamarlayıb Muğan –Şirvan düzü ilə bərabərləşdirməyi üzərinə “üçillik plan – öhdəlik” götürüblərmi?

Sözügedən iki şəxs barədə geniş açıqlama verməyə ehtiyac bilmədim. Çünki KİV-də onların xalqa etdiyi zülümlər barədə kifayət qədər məlumat verilib. Amma qısaca demək vacibdir ki, “Gündəlik Bakı “ qəzeti Hacı Mazanın İrandan narkotik-psixiatrop maddələrin ölkəmizə idxalı barədə mütəmadi olaraq silsilə yazılar çap edib.

Onun pərdə arxası biznesi isə “daş karxanası” ilə əlaqəlidir.

Masallıda heç kimə sirr deyil ki, rayonun tarixində Rafil Hüseynov qədər rüşvətxor, acğöz, hiyləgər korrupsioner rəhbər heç vaxt gəlməyib.

“Masallı arıq eşşəyin yaylağıdır “ başlıqlı məqalədə qeyd etmişdim ki, rayonumuzun siyasəti “Köhnə Bazar” mətbəxində bişirilir...

Rafil Hüseynov rayona İHB-sı təyin olunandan sonra “çerez “ QMİ –nin “başqanı “ hörmətli Şeyx həzrətlərinin yaxın qohumu Hacı Mazanla bölüşdürülsə də rayonun “ağsaqqallıq pultu” 1- saylı məktəbin sabiq direktoru ( hələki kreslosundan qopmayıb) Mirqabil müəlləmin əlindədir. Əlbəttə ki, Mirqabil “məsələsi başqa mövzunun söhbəti olsa da, bir xatırlatma anonsu etdim ki, rayon əhli “hədəfin” doğru olduğunu anlasınlar.

Ölkənin əcaib halda olması bir yana, Masallı rayonun tamamilə bərbad edilməsinin hüquqi məsuliyyəti birbaşa Rafil hüseynovun üstündə olmasını desək, heç də yanılmarıq.

Bu yazımda Rafil Hüseynovun “dobrosu “ ilə Qodman, Sığdaş, Ərkivan və digər kəndlərin paybəlli torpaqların qanunsuz olaraq satması, Kolatan, Sığdaş, Babakücə, Ninalov, Xanalion kəndlərinə təbii qaz çəkilişi ilə əlaqədar rüşvət və korrupsiya faktlarından söz açıb, miskin hala salınmış əhalidə yenidən bədbinlik ovqatı yaratmaq fikrim yoxdur.

Əsas və ağrılı məsələ olan Hacı Mazanın “Daş karxanası”biznesinin hamını bezdirib boğaza yığması ilə əlaqədardır.

Məlum olduğu kimi bir neçə ay öncə Hacı Mazan Yardımlıda geniş bir meşə zolağını məhv edib, orda sözügedən biznesini açmışdı. Əhali də məlumatlandırmışdı ki, guya bu adam dağları hamarlayıb “ İpək yolu” çəkir. Gözünə döndüyüm Yardımlı camaatı məsələni araşdırıb, gördülər ki, heç də elə deyil. Adam sadəcə “Daş karxanası “ açıb, nəhəng daş parçalarını üyüdüb müxtəlif “ kolibrli beton üçün tikinti materialı hazırlayır. Əhali böyük etirazla onu Yardımlı ərazisindən qovmağa müvəffəq oldu.

Hacı “biznesini” davam etmək üçün üz tutdu Masallı rayon İHB-sı Rafil Hüseynova tərəf...

Rayon Meşə Təsərrüfatının balansında, Məmmədoba kəndi yaxınlığındakı Meşə zolağında çox geniş sahəni əhatə edən nadir ağaclar məhv ediləndən sonra Rafil müəllimin “dobrosu” ilə yeni “Daş karxanası “ açıldı.

Deyilənlərə görə bu daş karxanasından üç il çınqıl daş daşınacaq. Məqsədimiz kiminsə çörəyinə bais olub, biznesinə mane olmaq deyil. Sadəcə, 3-4 ay öncə Qəriblər kəndindən Məmmədrzakücə kəndinə, Sığdaş kəndindən Xanalion kəndinə kimi camaatın şəxsi vəsaiti ilə çəkilmiş asfalt yolun vandalcasına darmadağın edilməsi adamı yandırıb yaxır.

Bu zülüm də azmış kimi Hacı mazanın ağır tonnajlı TIR- yük maşınlarının səs-küyü gecə saat 11.00 –dan səhərə kimi yol boyu kənd sakinlərinə rahatlıq verməməsidir.

Camaat bir neçə dəfə həmin yük maşınların qabağın kəsib etirazların bildirsələr də hakimiyyət tərəfdən heç bir müsbət reaksiya verilməyib. 13 iyul 2016 cı il tarixdə, səhər saat 09:00 – dan 10:00 – kimi yük maşın karvanının qabağını kəsib, bu işlərdən dürüst hali olmaq istəsəm də heç bir sürücüdən lazım olan məlumatı ala bilmədim. Baxmayaraq ki, maşın karvanı Sığdaş kənd Ərazisi üzrə İnzibati idarə rəhbərliyi və bələdiyyə işçilərin gözü qabağında baş verməsi ilə sanki onların ağzına su alıb susması da müəmmalı məsələlərdən xəbər verirdi.

Hakimiyyətin razılığı ilə Hacı Mazanın əhaliyə qarşı etdiyi bu zülmə daha kəskin formada etiraz etməsi də gözlənilir.

Mətləb PERO

Категория: TALİSH | Просмотров: 114 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090