search
menu
person

NEWS AND UDATES


11:31
Maştağa və Nardaranda əməliyyat: Həbs olunanlar var


Maştağa və Nardaranda əməliyyat: Həbs olunanlar var

 

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

 

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.

Daha bir əməliyyat Maştağa qəsəbəsində keçirilib.

14-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “Mauser” markalı paslanmış vəziyyətdə olan tapança, 1 ədəd “Hsc mod 84” markalı piston tapançası və 55 ədəd boş patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Category: XƏBƏRLƏR | Views: 59 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar