20:15
MAYASI HARAM ÖLKƏ!!!
MAYASI HARAM ÖLKƏ!!!

Bir ölkədə ki, hər şey açıq-aşkar satılıb alına, o ölkədə DİNİ, MƏZHƏBİ satın almağa nə var ki!!!
Oxucularımızdan biri bu gün bir mövzü ilə əlaqədar bizə müraciət etmişdi. 
Yazır ki, hər il keçirilən minik avtomobillərin texniki müainə mərkəzinə yaxınlaşdım. Hələ qapıda ikən polis əməkdaşı mənə dedi:- "Yaxınlaşın idarəyə sizə kömək edərlər."
Soruşdum ki, "boksa" girib müainə keçirməyə ehtiyac yoxdur?
Dedi ki, orda hər şeyi həll edərlər.
Gördüm ki, gələnlərin hamısını İdarəyə yönəldirlər, mən də naəlac qalıb getdim. Onsuz da "bokslar" bağlı idilər.
Məlumat almaq üçün pəncərələrin birinə yaxınlaşdım, polis əməkdaşı kompyuterdə yoxlanış aparıb dedi: - "Təmizdir, cərimən, borcun yoxdur. İstənilən otağa yaxınlaşa bilərsən."
İdarənin dəhlizinə girdim, sağ-sol 20-dən çox otağın qapıları qarşısında çoxlu adam dayanıb növbə gözləyirdi. Insafən içəri girənlər çox ləngimirdilər,  2-3 dəqiqəyə girib çıxırdılar. Mənim növbəm gələndə içəri keçdim. Salamlaşmağımı gördüm. Yorğun polis əməkdaşı üzərində "90" rəqəmi yazılmış kağızı mənə göstərib, soruşdu: - "Ödəyə bilərsiz?"
Bir az duruxdum, "axı dövlət rüsumu 31 manatdır" dedim." 
Polis soruşdu: -"Boksa girmisiz?"
Dedim ki, "bokslar" bağlıdır.
Dedi ki, Onsuzda orada maşınınızdan o qədər nöqsan tapacaqlar ki. Biz sizə kömək edirik.
Mən də "gözü çıxmış qardaşlarıma" baxıb, polisin mənə "kömək etmək istəyini" nəzərə alıb, naəlac qalıb razılaşdım.
Ən maraqlısı o idi ki, divardan portreti asılmış "dəmir yumruqlu" prezident də bizi diqqətlə müşahidə edirdi, ya da öz "kassasına" nəzarət edirdi.
Son günlər ölkədə inanclı müsəlmanlar hər il oduğu kimi İmam Hüseyn ƏleyhiSəlamın tənziyyə mərasimini keçirməyə cəhdlər edirlər. Lakin onlara qarşı inzibati orqanlar tərəfindən zorakılıq əməlləri tətbiq edilir. Əzadarların evlərinə, həyətlərinə heç bir sanksiya olmadan soxulurlar, onları təhqir edirlər, polis idarəsinə aparıb inzibati həbslər tətbiq edirlər. 
İnanmıram ki, "toleyrant ölkənin dəmir yumruqlu" prezıdentının bütün bu olanlardan xəbəri yoxdur!
Hələ də Nardaran kəndi "həbsdədir", kəndin giriş-çıxışında polis postları qalmaqdadır!
Sionist və məzhəb əlehdarları, haydı irəli! Bu ölkədə hər şey satışa çıxarılıb,
DİNdə, MƏZHƏBdə!


tolishstan.com
Category: Sİyasət | Views: 78 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: