/ Новости сайта / TMH XABAR / Maykl, Mika, Boli (Qardaş), Komandir Mikayil Haviyev 60 il !
31.03.2020

Maykl, Mika, Boli (Qardaş), Komandir Mikayil Haviyev 60 il !

68 0 TMH XABAR
Maykl, Mika, Boli (Qardaş), Komandir!

Cəsur komandir polkovnik Mikayıl Hacıyev - 60!
Bu yaxınlarda sosial medialarda qoyulmuş bir foto şəkil gördum. Şəkildə Şərqi Asiya ölkələrinin birində generalitetin bayram nümayişində iştirakı səhnəsi təsvir olunmuşdu. İlk baxışdan düşündüm ki, burada montaj elementləri var. Bir az keçməmiş bizim rəşadətli generalların da oxşar portretləri ilə rastlaşdım! Bu an yadıma rusların "Svadebnıy general" ifadəsi düşdü - rəşadəti, uğuru görə bilmədiyimdən!
Elə həmin vaxt daha bir fotoşəkillə rastlaşdım - mülki adam idi, tutduğu vəzifələrini, titullarını sadalamağa bir neçə səhifə, həmin səhifələrin sayı qədər də saatlar lazımdır! Vərəq və zamana hayıfım gəldiyindən üstündən keçirəm.
Hər üç foto şəkillərdə oxşar cəhət diqqətimi cəlb etdi: "eksponatlar"ın "xidmət" və "uğur"larına görə aldıqları orden və medallar! Əyinlərindəki hərbi mündir və PENCƏK ölkədaxili və xarici dövlətlərdən aldıqları orden-medallarla elə bəzədilmişdi ki, mündirin və pencəyin rənglərini müəyyən etmək olmurdu.
Fotolarda "qəhrəman"ların arxasını görə bilmədim, bəlkədə orada da bir bu qədər orden-medal taxılmışdı?!
Yaxın keçmişimizə bir anlıq nəzər saldım - uğuru, xidməti görə bilmədim!
Zalım uşağı, yaşadığınız hər ilə, günə görəmi, alıb-buraxdığınız hər nəfəsə görəmi bu mükafatlara layiq göruldünüz?!
Başqalarının haqlarınamı girdiniz?!
Bu qədər rahatmı, asanmı başqasının haqqına girmək?!
Burda L.İ. Brejnevə rəhmət deyib, keçirəm yazımın əsas hissəsinə!
Indi isə sizlərə bəzilərinin Maykl, digərlərinin nəvazişlə Mika, bir başqalarının hörmət naminə Boli (Qardaş), bir çoxlarınınsa rəşadətinə, hünərinə görə iftixarla Komandir deyə müraciət etdikləri əsil zabit, polkovnik Mikayıl Hacıyevdən söhbət açım. 
Onun haqqında çox danışmışam, çox da danışıblar, yazıblar da!
Onunla tanışlığımız ömrümüzün tən yarısına bərabərdir. 
Ömrümüzün ötən o biri yarısının son illərində isə onun sorağı cəbhədən gəlirdi, göstərdiyi rəşadət, əsil komandirlik şücaəti Talış mahalına sürətlə yayılır, qürur və iftixar mənbəyinə çevrilirdi. Bir çox siyasətbazların başları kürsü savaşına qarışmış o qarışıq zamanda cəbhədən gələn bu xəbərlər bizim Talış mahalında da Vətənimizin işıqlı gələcyinə ümidlə baxmağa stimul verirdi.
Eyni qürur və iftixar hissini bütün Talış mahalı Ə. Hümmətovun başçılığ etdiyi "Yenidənqurma naminə Lənkəran Xalq Cəbhəsi" fəallarının böyuk bir dəstəsinin 17 noyabr 1989-cu ildə Azadlıq meydanında keçirilən izdihamlı mitinqin səflərini yararaq rəhmətlik şair Əli Nasirin "Ey Ana Vətən" marşının sədaları altında tribunaya qalxanda da yaşadı!
Kimdir Mikayıl Hacıyev?
Hacıyev Mikayıl Hacıverdi oğlu, 1960‐cı il mart ayının 4‐də uca Talış dağları arasında, Xəzər dənizinin sahilində yerləşən Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. Xolmili kənd orta məktəbini bitirmiş, 1979‐cu ildə könüllü olaraq, Sovet Ordusu sıralarında hərbi xidmətə getmişdir.
1979‐cu ildə Lvov vilayətinin Zoloçev şəhərində, altı ay ərzində “kiçik komandirlər” məktəbini əla qiymətlərlə bitirmiş və “serjant” rütbəsi almışdır. 1980‐cı ildə C.M. Kirov adına Orconikidze (indiki Vladiqafqaz) Ali hərbi komandirlər məktəbinə daxil olmuşdur. 1984‐cü ildə Ali hərbi məktəbi yaxşı və əla qiymətlərlə bitirmişdir. Nümunəvi davranış və yaxşı oxuduğuna görə, dörd il ərzində kimyəvi kəşfiyyat döyüş nəzarət maşınının komandiri olur. 1984‐cü ildə “motoatıcı ordu zabiti və leytenant” rütbəsini alır. Hərbi xidmətini SSRİ‐nin müxtəlif bölgələrində davam etdirir. 1987‐ci ildə Leninqrad Ali hərbi siyasi məktəbinə daxil olur və oranı müvəffəqiyyətlə bitirir. Sovet ordu sıralarında, əsasən, Ural Hərbi Ordu Dairəsində ardıcıllıqla bölmə komandiri, tağım komandiri, siyasi işlər üzrə bölük komandirinin müavini, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, alay komandiri, ayrıca motoatıcı briqada komandirinin müavini və ayrıca motoatıcı briqadanın komandiri vəzifəsinə qədər yüksəlmişdir. 1992‐ci ilin yanvar ayının 2‐dən Azərbaycan Respublikasında Rus ordusu sıralarında, 1992‐ci il iyul ayın 25‐dən isə, Azərbaycan Respublikasının Milli Ordu Sıralarında xidmət etməyə başlayır. İlk günlərdən ön cəbhəyə can atır. 1992‐ci ilin fevral ayının 11‐də Rus ordusunun tabeliyində olan Daxili qoşunlarının taborunu ilk dəfə olaraq, cəbhə xəttinə çıxardır və Ağdam rayonun Şelli kəndinin müdafiəsində iştirak edir. 1992‐ci ilin mart ayında Popravənd və Qalayçılar yaşayış məntəqələrinin azad olunmasında iştirak edir. 1992‐ci ilin oktyabr ayının 2‐də Komandanlıq tərəfindən “Laçın dəhlizi” uğrunda uğurlu döyüş əməliyyatına görə, 820 nömrəli hissənin komandiri Ə. Hümmətov tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına təqdim edilir. Müdafiə naziri R. Gazıyev həmin təgdimata gol çəkib Prezidentə göndərir. Amma təgdimat Prezident tərəfindən imzalanmamış olaraq galır.
Lakin bu haqqı ona doğma Talış xalqı tərəfindən tanındı! 6 iyul 1993-cü il TMR Ali Baş Komandanının sərəncamı ilə 5 nəfərə polkovnik Mikayıl daxil olmaqla Talış Xalqının Milli Qəhrəmanı adı verilmişdir! 3 nəfərə ölumundən sonra!
Bu fakt məhkəmə materiallarında da öz əksini tapmışdır!
Mikayıl Hacıyeva “polkovnik” hərbi rütbəsi verilən xasiyyətnamədən:
“Mikayıl Hacıyev vətəninə sədaqətlidir, hərtərəfli inkişaf etmişdir, hərbi işi sevir, öz üzərində daim çalışır, hərb tarixini yaxşı bilir, yaxşı rəhbər və metodistdir, yüksək operativ taktiki hazırlığa malikdir. Özünə, öz tabeliyində olanlara qarşı qayğıkeşdir. Enerjilidr, çevik və cəsarətlə qərar çıxardır, təşəbbüskardır.
Hərbi hissələrin həyatına yaxşı bələddir, döyüşçüləri tanıyır və onların tərbiyəsinə bacarıqla rəhbərlik edir.
Kiçik bölmələrin məşqləri zamanı ən kiçik detallara belə müdaxilə etməklə, briqadanı möhkəmləndirmiş, fiziki cəhətdən inkişaf etdirmiş və döyüş qabiliyyətini gücləndirmişdir. Komandirlərin və döyüşçülərin arasında nüfuzu böyükdür.
Fiziki cəhətdən hazırlıqlı, yürüş həyatına tam yararlıdır.
1992‐ci il dekabr ayının 24‐də MN əmri ilə, Beyləqan cəbhə xəttinə cavabdeh, 1993‐cü il aprel ayının 2‐də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Ağcabədi rayonun fövqəladə hərbi komendantı təyin olunur.”


Vətənin üstünü qara buludlar alanda Mikayıl Hacıyev uğurlu karyerasını, yüksək vəzifə postunu yarımçıq qoyaraq vətənə dönür.
 "Bilsin ana torpaq, eşitsin vətən,
Müsəlləh əsgərəm mən də bu gündən!"
Deyərək cəbhəyə atılır!
Komandiri olduğu hərbi hissə döyüşçülərinin və şəxsən özünün göstərdiyi şücaətlər haqqında kitablar, məqalələr yazılıb. Bu haqda danışmağı və yazmağı mən insaflı hərbiçi şahidlərin və jurnalistlərin öhdəsinə buraxıram. Bir incə məqama toxunmaq istəyirəm: təvəzökar, Vətən yolunda etdiklərindən lovğalanmağı xoşlanmayan Mikayıl Boli hərbi sirrləri açmamaq üçün səriştəsiz jurnalistləri yaxın buraxmır, onlara cəbhədəki vəziyyət bardə müsahibə verməkdən imtina edir və onları döyüş mövqelərinə yaxın buraxmağı qadağan edir! "Hərbi jurnalist" institutu yox idi! Bu isə "yazmaq üçün məlumat əldə edə bilməyən jurnaliistlərdə" Mikayıla qarşı qərəzli mövqe tutmağa gətirib çıxarır! Bu səbəbdən M. Hacıyevin rəhbərlik etdiyi hərbi hissənin və şəxsən özünün göstərdiyi qəhrəmanlıqlar o dövr mətbuatından kənarda qalmış, hətta "jurnalist cığazların" qərəzli yazılarına səbəb olmuşdur!
1992-ci ildə cəbhədə yaralanmışdır və halhazırda Qarabağ müharibəsinin 2-ci grup əlilidir.
AXC-Musavat hakimiyyətinin səriştəsizliyi ucbatından Respulikada ciddi gərginlik yarandı və 4 iyun 1993-cü il qiyamı baş verdi! Həmin dövrdə ölkədəki sabitliyi qorumaq, qarşıdurmanın qarşısını almaq naminə Mikayıl Hacıyev ona həvalə olunmuş mövqeləri nəzarətdə saxlamaqla yanaşı dogulduğu Talış mahalının taleyinə biganə qalmadı!
Yaranan hakimiyyətsizlik dövründə Ələkrəm Hümmətovla birgə Respublikanın 7 rayonunda nəzarəti üzərlərinə göturdülər!
Vətən naminə döyüşdü, vuruşdu, yüzlərlə talış balalarının şəhidliyinin şahidi oldu! Sonda nəsibi üç qardaşı daxil olmaqla onlarla hərbiçi silahdaşları ilə 100 illərə bərabər məhkəmə qərarları, məhkumluğ həyatı! 
Orden-medallar isə başqa sinələrdən asıldı, hətta bir gündə cəbhə bölgəsində olmamış sinələrdən!
Qeyd edilməlidir ki, məhkəmədə prokuror Aslan Kəlbəliyev M. Hacıyevin bəraət edilməsini istəməsinə baxmayaraq məhkəmə sədri Ədalət Məmmədov onu 15 il müddətinə azadlıqdan məhrum etdi.
"TMMR elan edilməsi ilə əlaqədar həbs edilənlərin Müdafiə Komitəsinin" (dekabr 1993 - 4 sentyabr 2004) sədri kimi o məşəqqətli illəri bir qorxunc yuxu kimi heç xatırlamaq belə istəmirəm, unutmaq istəyirəm! Yeganə təsəllim Komitənin digər üzvləri ilə birgə dostlarımız üçün nəsə etdik, çox şeydə edə bilməsək, etdik. İmkanlarımızdan çox etdik, bacardığımızı etdik! Nəyisə edə bilmədik, bağışlayın, demək etmək mümkün olmayıb!
Bizə bu işdə dəstək olan ölkəmizdə yaşayan başqa xalqların çoxsaylı nümayəndələrinə də öz təşəkürümü və minnətdarlığımı bildirirəm, sizin dəsdəyiniz olmasaydı biz bu işləri layiqincə yerinə yetirməyə də bilərdik!
İndi pensiyadadır, ömrünün qalan hissəsini balalarına, sevimli nəvələrinə həsr edir. Ancaq qohum-əqrabanı, dostlarını, keçmiş cəbhədaşlarını da unutmur! Hər dəfə sevdiyi doğma Vətənə baş çəkməyə gələndə onları başına yığır, ötən günlərin xatirələrini yaşayır! Bu xatirələrdə dostlarının, silahdaşlarının ötən yaşananlara təəsufləri də olur! 
Yox, yox! Deyir ki, Vətəndən inciməyə haqqımız yoxdur, Vətən - Anadır! Əsil Komandir kimi Vətənin bir hissəsinin yağı düşmən əlində qalmasına təəsüflənir, dostları, silahdaşları ilə birgə!
"Vətən mənə oğul desə, nə dərdim!
Mamır olub qayasında bitərdim!"
Rəhbərlik etdiyi hərbi hissənin tərkibi çoxmillətli idi! Milli mənsubiyyətindən asılı olmayaraq əsgər və zabitlərinin ona münasibəti zərrə qədər də dəyişməyib. Əksinə, mərdliyinə, əqidəsindən dönməzliyinə görə ona əvvəlkindən də çox hörmətlə yanaşırlar, çağırışlarına əmrə müntəzir kimi gəlirlər!
Doğma çoxmillətli Azərbaycanımızın xoşbəxt gələcəyinə ümidlə baxmağa belə göruşlər bir nümunədir! Demək həm hər şeyi tam itirməmişik! Çoxmillətli Azərbaycanımızda xalqlar qarşılıqlı hörmətlə xoşbəxt bir ailə quracaq, ümumi bədxahlarımıza və düşmənlərimizə qarşı vahid bir cəbhədə birləşərək mübarizə aparacaqlar!
Maykl, Mika, Boli-Qardaş, Komandir, əziz dostum Mikayıl, bu gün sənin doğum günündür!
60 yaş insan ömünün müdriklik çağlarıdır! Yaşa, 100 yaşa! Övladların, nəvələrin, qohum-əqrəban, dostların, silahdaşların və həmişə olduğu kimi Vətənçun yaşa!
Təbrik edirəm!2

tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: