search
menu
person

NEWS AND UDATES


12:43
Milli ədavəti qızışdıranlar isə öz gələcəklərini ciddiliklə düşünməlidi.Рафаэль Асадзаде
Azərbaycanda əksər müxalif və yarı-müxalif partiyaların, habelə iqtidar yönümlü dairələr süni şəkildə millətlər arasında ədavət, , nifrət və qarşıdurma yaratmağa çalışırlar. Bu təxribatlar bir neçə mənbəbən qidalanır. Türkçü millətçilər bunu öz perspektivdə tutulan məqsədlərə görə edir, prezidenti sevməyənlər,yumşaq desək, bunu həmin xalqları ona qarşı yönəltmək üçün edir, qüvvələri zəif olandairələr ümumiyyətlə siyasi durumu destabilizə etmək üçün və respublikada "inqilabi şərait" yaratmaq üçün milli ədavətin qızışdırmasına əl atır ki, vəziyyət qeyri-stabil olsun və bu qüvvələr"bulanıq suda balıq ovlaya "bilsinlər. Emosiyalan qızışdırılması nəticədə yalnız Azərbaycanın əleyhinə işləyir. Çünki bu hərəkətlərdən nə qeyri-türkcə danışan xalqlar assimilyasiya olunacaq, nə türklər özlərindən artıqtürk olacaq, nə onlar bir prezidentin əleyhinə qalxacaq, nə də bu təxribatlar törədənlər parçalanmış cəmiyyətdə yüksək mövqe tuta biləcək. Bəzi təhlilçilər bütün bunların arxasında hökümətin özünü görür, lakin heç də belə deyil. Hökümətə milli parçalanma qətiyyən sərf eləmir, bunun da əsaslı səbəbləri var. Hətta deməkolardı ki, hökümət bunu əleyhinədir, və əleyhinə olmalıdır da, azından respublikada stabilliyi qorumaq üçün. Qeyri-stabillik isə müxalifət qüvvələrinə və xarici siyasi mərkəzlərinə lazımdı ki, öz protejelərini hakimiyyətin zirvəsinə yerləşdirməklə məqsədlərinə çatsınlar. Hamımız bilirik ki, Azərbaycan çoxlu müxtəlif sayda olan, müxtəlif dillərdə danışan, müxtəlif dini və məzhəbi olan etnoslardan ibarətdir. Onların hamısı bir yerdə Azərbaycan xalqını təşkil edirlər. Etnik-milli cəhətdənyox, vətəndaşlıq baxımından birdilər, bərabər hüquqludular, ən azından konstitusiyamız belə deyir. Belə şəraitdə Fazil Mustafa kimi məşhur təxribatçı deyəndə ki, "Azərbaycan türklərin torpağıdır və qalanlar da özlərini azərbaycanlı kimi hiss etməli və bununla fəxretməlidi" bütün yerdə qalan xalqların emosional vəziyyəti, təbii ki, dəyişir və nəticədə türklərə qarşı nişangahlar başlayır dönməyə. Yəni Fazil Mustafa və onun kimilər belə sözləri ilə heç də türklərə xeyir gətirmək üçün çalışmırlar, əksinə, onlara qarşı hücumlar və daxili nifrət toxumlarını səpmiş olur. Demək olmaz ki, bunu bilmədən, sadəlövhlükdən edirlər, xeyr, onlar sadəlövh uşaq deyillər, danışdıqlarını çox gözəl bilirlər. 
Milli fanatlıq təbii hissdir, o hamıda var və millətini sevən fərd yaxşı bilməlidir ki, başqasının da belə fanatlığı var və hətta, bəlkə də dahada artıqdır, çünki bu milli fanatlığın dərəcələri müxtəlifdir. Buna görə qarşılıqlı reaksiya olacaq ki, onun də dərəcə etibarilə hüdudları yoxdur.Nəticədə xoşagəlməz eksseslər baş verə bilər və verirdə. Bu eksseslərdən itirən isə Azərbaycan olur. Bir dəbə düşmüş zərərverici söz də var. Çoxlu siyasi savada malik olmayanlar tərəfindən talış xalqına həqarət etmək üçün "separatçı" sözüdür. Bu fərdlər separatizm məfhumuna varmadan, onun mənasını anlamadan ortaya kimə gəldi atırlar. Nəticədə talış xalqı utanmaq əvəzinə, əksinə bu "separatçı" yarlıkını şərəf kimi, hamıdan yürksək siyasi simalar kimi özlərini hiss edib hətta fərəh hissi keçirməyə başlayır və düşünür ki, onlsara "separatçılar" deyənlər sadəcə qorxaqlardı, siyasi cəhətdən çox zəifdilr ki, və çarəsizliklərindənbu sözü işlədirlər. Yenə də görürük ki, düzgün işlənməyən sözlər nə onu deyənlərə, nə də Azərbaycana xeyir verməyib, hədəfə dəymədən Azərbaycana ziyan vurmaqdadı. Axı talışlar çox gözəlbilir ki, onların etnik arealları respublikanın beşdə bir hissəsini təşkil edir, çox qəşəng bilirlər ki, əhali çəhətdən talışlar respublika əhalisinin də beşdə birini təşkil edir. Nə olsun ki, statistika başqa cürə rəqəmlər təqdim edir? Bunun qətiyyənxalqın şüuruna təsiri yoxdur, əksinə, xalqda çox mökəm rəy formalaşıb ki, dövlət talışları və bütün qalan xalqlara qarçı məkrlidi, xalqlara qarşı mənfi rəydədir və ona inanmaq olmaz. İndi baxaq bu nə deməkdir. Bu, talışların timsalında, o deməkdirki, dövlətin hər beşinci vətəndaşı dövləti sevməməyə səbəbi var. Başqa xalqların timsalında bu yenə də eyni nəticəyə gətirir. Yəni rəqəm-rəqəm oyunu, saxtakarlıq çanaq kimi elə dövlətin başında sınır. Cəmiyyətdə lazımsız gərginlik yaraır. Yada salmalıyıq ki, ölüm hökmünü alan, sonra ömürlükhəbslə əvəzlənən, sonra vətəndaşlıqdan məhrum eilən və xaricə göndərilən Ələkrəm Hümmətov nə separatçılıqda, nə də muxtar respublika qurulmasında ittiham olunmayıb, bu ittihamlar onun ittihamnaməsində heç vaxt yazılmamışdı və yazıla da bilməzdi, çünki muxtariyyət talış xalqınn təbii haqqıdı və bütün hərəkətləri qanun çərçivəsində olub. Odur ki, hər kəs siyasi radikalizmə və aşırı ittihamlardan kənarlaşmalıdı. Milli ədavəti qızışdıranlar isə öz gələcəklərini ciddiliklə düşünməlidi.

Рафаэль Асадзаде
Категория: SOSİAL ŞƏBƏKƏ XABARLARİ | Просмотров: 37 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090