search
menu
person

NEWS AND UDATES


09:43
Mirqaşıq (Zaman dəyişsə də Mirqaşıqlar dəyişmədi ,a Sabir) Əli Nasir.

Mirqaşıq
(Zaman dəyişsə də Mirqaşıqlar
dəyişmədi ,a Sabir)

Haqqı boğan naxələfə can demə,
Zülmət olan çağə çırağban demə,
İnsafın olsun mənə böhtan demə,
Sal yadına çal başını , Mirqaşıq
Satma Talış qardaşını,Mirqaşıq,

Bil, belə getməz fələyin gərdişi,
Düm bulamaq tülkilərin vərdişi,
Tülkü Talışlı ola bilməz ,"kişi",
Yoxsa içində aşınıb Mirqaşıq,
Satma Talış qardaşını,Mirqaşıq.

Bais olub onda axan qanlara ,
Fitvanı sən verdin o nadanlara.
Vadar edibsən məni zindanlara,
Əvf edərəm mən naşını, Mirqaşıq,
Satma Talış qardaşını, Mirqaşıq ,

Mən bilirəm meydanı sən fitdədin,
Haqqa nahaq söyləyib ifritdədin.
Benzin olan çəlləyi kibritdədin,
Yaxma bu nəslin yaşını, Mirqaşıq,
Satma Talış qardaşını, Mirqaşıq.

Xoşxaladan xəlvəti aldın para,
Haqqı danıb Nasirə yaxdın qara.
Sən ki bilirdin"vururam mən hara",
Yaş gedib,,ömrün aşınıb,Mirqaşıq,
Satma Talış qardaşını Mirqaşıq.

Olmaginən məddahı hər bir bütün,
Büt sevən insanlar olur tünbətün.
Ortada qorx ki qalacaq tabutun,
Kimsə yeməz bozbaşını, Mirqaşıq,
Satma Talış qardaşını ,Mirqaşıq.

Əli Nasir.
Zindan Şeirlərindən.


Görüntünün olası içeriği: 1 kişi, yakın çekim
Category: Tolişə poeziya. | Views: 62 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar