15:46
Mirzə Rəcəb Kazım oğlu Vəssav 1863-cü ildə Talış dağlarının ətəyində anadan olmuşdur

Mirzə Rəcəb Kazım oğlu Vəssav 1863-cü ildə Talış dağlarının ətəyində anadan olmuşdur.

 

Mirzə Rəcəb Kazım oğlu Vəssav 1863-cü ildə Talış dağlarının ətəyində, Xəzər dənizinin kənarında yerləşən Lənkəran qəzasının Kosalar kəndındə anadan olmuşdur.Onun babası Baxşəli Lənkəran qəzasının Dırığ mahalının Bilnə kəndində Kusə (Kosalar) kəndinə köçmüşdür.Rəcəb ilk təhsilini Lənkəran mədrəsəsində almış,sonra Nəcəfül-Əşrəfdə ali dini təhsilini tamamlamışdır.Nəcəfdən sonra Tehranda "Mədərşahi-Qədim"mədrəsəsində yenidən təhsil almış,şərq poeziya və fəlsəfəsinin sirlərinə dərindən bələd olmuşdur.Lənkərana qayıtdıqdan sonra dərin biliyi,elmi və natiqlik bacarığı ilə seçilən Şeyx Rəcəbə hörmət əlaməti olaraq"Mirzə" deyilmişdir.

 O,19-əsrin Talış ədəbiyyatında xüsusi yeri olan Lənkərandakı Fövcül-Füsaha (natiqlər yığıncağı) ədəbi məclisinin üzüvlərindən biri mükəmməl dini savada,səsə malik olan Mirzə Rəcəb həftədə iki dəfə şəhərin "kiçik bazar"məscidində azan verər camaatla qılınan namaza imamlıq edərdi.1893-cü ildə yazdığı 301-beyitlik didaktik şerlərdən ibarət "əxlaqnamə"əsəri və tibbi mövzuda"Dişə qulluq etmək qaydası"barədə 8-səyhfəlik bir kitabçası da vardır.Bu əsərlər Elimlər Akademiyasının Əlyazmalar institutunda qorunub saxlanılır.

Mirzə Rəcəb Vəssab 1925-ci ildə vəfat etmişdir.

İ .Həmidov

Category: Mədəniyyət | Views: 46 | Added by: tmmrtalish | Tags: İ .Həmidov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: