search
menu
person

NEWS AND UDATES


16:03
Müdafiəsi olmayan F.Abbasovun həbs müddəti, yenə uzadıldı
           Müdafiəsi olmayan F.Abbasovun həbs müddəti, yenə uzadıldı

Bir il bir ay, Fəxrəddin boyli Abbasovun etibar edib, sığındığı Rusiya Federasiyasındakı həbsindən və yeddi ay əvvəl, sözün həqiqi mənasında oradan oğurlanaraq gətirilməsindən, Azərbaycan Respublikasında Dövlət Təhlükəsizlik Xidmətinin məxsusi təcridxanasında saxlanmasının “qanuni” vaxtı bitməsi ərəfəsində, yeni vaxt uzatma məhkəməsi keçirilmişdir . Məhkəmədə, dünya miqyasında, insanların haqq-hüquqlarının müdafiəsi kimi şərəfli adı daşıyan və bu ada,-vəkillik adına, fəaliyyəti ilə birbaşa ləkə olan, istintaqın, ittiham tərəfinin bir əlavəsi rolunda çıxış edən, xalq malından, büdcədən haqq alıb, xalq övladlarının taleyi sındırmalarında birbaşa şərik olanlardan sayılmalı Rəvanə Qurban qızı Talıbova Fəxrəddin Abbasovun müdafiəçisi kimi həmin məhkəmədə iştirak edib. Və heç bir vəsatətlə, çıxış da etməyib. Deməyə isə söz çox idi, həbs vaxtının uzadılma səbəblərinin haqsızlığın və qanunsuz münasibətin olmasını, ən azı deməliydi…
Hərçən ki, birbaşa öz fikir və ideyalarını, çoxlarından fərqli olaraq deməyə cəsarəti çatan alim, araşdırmaçı-təhqiqatçı jurnalist-publisist, müəllim, ziyalı üçün tikilən qeyri-qanuni şərləmə prosesinin birbaşa iştirakçısına çevrilmiş, bu “vəkil”, son günlərdə F.Abbasovun qohumlarının müraciətinə, “mən daha onun vəkili deyiləm, məndən imtina edib”,-deyərək, hər cür sorğudan belə, imtina etmişdi…
Fəxrəddin Abbasovun nəticəsiz həbsdə saxlanmaqla, istintaqın aparılması müddəti daha 4(dörd) ay artırılmışdır.
 Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin, mahaldan fikir və əqidələrinə görə, hazırkı antinsani rejimin həbs etdiyi həmvətənlərimizin hüquqlarının Müdafiə komissiyası, Fəxrəddin Abbasova münasibətdə, törədilən, hər cür haqsızlıqlara , qanunpozmalara qəti etiraz bildirməklə, onun həyatı üçün ciddi narahatçılığını yaşayır.

Talış Milli Hərəkatı .  tolishstan.com
Category: TMH XABAR | Views: 183 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $