search
menu
person

NEWS AND UDATES


17:43
Müsavat üzvlәrinә Avropada deport olunacaqı deyilir, bəzilərini işinə təzədən baxılır.
 

Müsavat üzvlәrinә qarşı #Almaniyada açılan #cinayәt işindәn sonra Avropada Müsavat Partiyasına, onun verdiyi vәsiqә vә arayışlara qarşı inam deyәsәn itib. Son günlәr Avropadakı müsavat üzvlәrinin müvafiq qurumlardan aldıqları mәktublar bunu demәyә әsas verir. Bu haqda aşaöıda yazacağam. Mәsәlә tәk bu deyil. Azәrbaycan hakimiyyәti son dövrlәr Avropaya özünün vә Rusiya kәşfiyyatına xidmәt edәn agentlәri yerlәşdirib. Deyilәnә görә bәzi quqrumlara bәlli olub ki, bu şәxslәrin әksәriyyәti Müsavat vәsiqә vә arayışları ilә oturum alanlardı. Yәni partiya bilәrәkdәn, yaxud bilmәyәrәkdәn bu işdә hakimiyyәtә yardım edib. Belә vәziyyәtdә qurunun oduna yaş da yanır.

Son iki hәftәdә Avropada sığınacaq istәyәn bir neçә müsavatçı rәsmi qurumlardan mәktub alıb ki, tәqdim etdiyiniz vәsiqә vә arayış hәqiqiq deyil. Onların içәrisindә tanıdığım hәqiqi müsavatçılar da var. Yәni yüz faiz hәqiqi müsavat vәsiqәsi tәqdim edәnlәr. Bu çox pis haldan xәbәr verir. Belә çıxır ki, yalnız mühacirәt üçün vәsiqә vә arayış alan saxtakar müsavatçıların oduna әsl müsavatçılar da yanacaq. Hәlә bu saxtakarların içәrisindә hәqiqәtәn dә agent varsa mәsәlә daha da qәlizlәşәcәk. İndiyә kimi müsavat adıyla oturum alanların belә işlәrinә yenidәn baxılacaq. Mәlumata görә artıq müsavat adıyla oturum alan әn az bir nәfәr işinә yenidәn baxılacığıyla bağlı mәktub alıb. Belә. Hәqiqәtәn dә çox pis vәziyyәt yaranıb.

Zakir Aqayev

Category: XƏBƏRLƏR | Views: 71 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar