21:14
Müstəqil Azərbaycanın ilk bayrağı Talışda dalğalandı....
Müstəqil Azərbaycanın ilk bayrağı Talışda dalğalandı....

Milli-mədəni dəyərlərimiz tərəqqi qılmır deyə, SSRİ -ni dağıtdıq, müstəqil olduq.Guya millət olub millətlər içərisinə çıxacaqdıq, öz adımızla özümüzü tanıdacaqdıq.Nəticəsi nə oldu? Mən sizə sual edirəm, nəticəsi oldu? Qoy, özüm deyim...
Azərbaycan deyilən məmləkətdə hakimiyyət başına keçən qruplar ölkədə faktiki türk diktaturasını formalaşdırdı."Türklər dominant xalqdır" düşüncəsi ilə ölkənin bütün tarixini, mədəniyyətini türk adına yazdılar.Türk aid olanları da olmayanları da "fövqəlmillət" türkə caladılar.Hələ bu azmış kimi dünyanın dörd yanından türk əqrəbalarını da ümumi evimizə-Azrbaycanımıza sırtıq gəlinlər kimi doluşdurdular.
Əlbəttə, kimsə deyə bilər ki, əllərində fürsət varkən, hakimiyyət əllərində ikən niyə də ki, bunu etməsinlər.Mən bu anda susuram, "ləbbeyk"deyirəm.Əgər, bir qanmaz tat , talış türkdən daha çox çıxıb pantürkçülük edirsə buna binəva türk neyləməlidir?
Mən tam səmimi sual edirəm, bütün dostluğumda olan əzizlərə.Anladın görüm, müstəqillikdən keçən otuz il ərzində mənim başıbəlalı talış xalqım nə qazanıb? Talışlar hansı milli-mədəni yüksəlişə nail oldular? SSRİ dövründəki vəziyyətlərindən bircə addım önə gedə bildilərmi? HAŞA! HAŞA! HAŞA!
Tam məsuliyyətlə bəyan edirəm, talış milləti Azərbaycanın müstəqilliyindən nəinki heç nə əldə etmədi, əksinə qaş düzəltmək əvəzinə vurub gözünü çıxartdı.Müstəqil Azərbaycanın ilk bayrağı Talışda dalğalandı, ruslara qarşı ilk üsyan Talışda baş qaldırdı.
Sonraa?! Nə olsun?!
Ey talışların vətən uğrunda saysız- hesabsız şəhidlər verməsindən ağız dolusu danışan şəxslər, bəs canımızı fəda etdiyimiz dövlət bizə nə verdi?
Bircə fakt etiraf olunmalıdır ki, müstəqillik talış xalqına minlərlə şəhiddən başqa heç nə verməmişdir.O şəhidləri də ona görə verdik ki, baxıb onlarla öyünək.Axı bizə şəhiddən başqa heç bir zümrə ilə öyünmək yasaqdır.
Nədən mənim əcdadlarımın minillər boyu yaşadığı , hər daşına,qayasına adını həkk etdirdiyi vətənimdə talış dilində radio, televiziyam olmamalıdır? Nədən mən vətənimdə öz ana dilimdə təhsil ala bilməməliyəm? Nədən mənim dəyərli millətimin adı M.Məclis səviyyəsində "mənasız, şəxsiyyətin nüfuzuna xələl gətirəcək adlar" siyahısında olmalıdır? Nədən əsil-nəcabətini tanımayan, şərəfdən nəsibini almamış hər yerindən duran bişərəf , ölkənin mərkəzi tv -lərində mənim millətimə hədyan yağdırmalıdır?
Nədən? Nədən? Nədən? Kimsə bu suallara cavab verəcəkmi? Yoxsa, yenə də mənə təxribatçı deyib, ortalığı bulandıracaqsız? Kimsə çıxıb desin ki, mənim yazdıqlarım həqiqət deyil! Qoy, mən üzr istəyim, "qələt etmişəm" deyə tövbə edim! Buyurun, mən sizdən cavab gözləyirəm!
 

 

Umar Ali
Views: 123 | Added by: tmmrtalish | Tags: Umar Ali | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: