/ Новости сайта / TMH XABAR / Müxalifət niyə, Talış məsələsində, iqtidarla bir mövqeydə olur?!...
01.06.2020

Müxalifət niyə, Talış məsələsində, iqtidarla bir mövqeydə olur?!...

148 0 TMH XABAR
Müxalifət niyə, Talış məsələsində, iqtidarla bir mövqeydə olur?!...



Son günlər sosial şəbəkələrdə, mühacir mətbuatda, hay-həşir salınır ki, ölkənin "ana müxalifətinin" "atası" Əli Kərimlinin hüquqları pozulur, 20 gündür onu ətraf aləmdən təcrid ediblər, telefon və internet əlaqələri məhdudlaşdırılmışdır.
Cənab "ana müxalifət" yetgililəri, ilyaramdır ki, dediyiniz, haqqında danışıb-yazdığınız, həmən antidemokratik, totalitar hakimiyyət Talış xalqının bir nümayəndəsini,- alim, politoloq, jurnalist, Talış dilinin yeganə tədqiqatçısı Fəxrəddin Abbasova( Əboszodə) qarşı qeyri-insani hərəkətlər edir, onun hüquqları vəhşicəsinə pozulur, hamınız susmağınızla və bu hərəkətlərə göz yummaqla razılığınızı ifadə edirsiz!
Ay "demokratik cəbhə", budurmu sizlərin demokratik cəmiyyət uğrunda apardığınız mübarizə?...
 Demək sizlər də demokratiya məvhumunu öz boyunuza biçirsiniz! Hakimiyyətin bütün gördüyü işləri pisləyir, tənqid edirsiniz! Bircə F.Abbasovla bağlı gördüyü tədbirlərə susqunluğunuzla bəraət qazandırırsınız!
Necə ola bilər ki, sizin təbirinizcə,  hakimiyyət hər şeyi yanlış, lakin F.Abbasova qarşı etdikləri isə düzgun və qanunidir!
Sizin münasibətiniz qərəzli deyilmi?
  Sizin davranışınız, 
"demokratiya uğrunda mübarizəniz" imitasiya deyilmi!
Pardon, cənablar!  Biz Talışlara, sizlər, yalançı müxalifət olmağınız barədə, xalq arasında gəzən söz-söhbətə, inanmaqdan başqa imkan və seçim saxlamırsız!

Talış Milli Hərəkatın rəhbəri .
Ələkrəm Hümmətov .

tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: