21:00
Niyə biz öz hüquqlarımızı tələb edəndə ...
Niyə biz öz hüquqlarımızı tələb edəndə ...


Niyə biz, talışların dövlət konstitusiya hüquqlarını tələb edəndə, bizə "qardaş" deyənlər bunu belə qısqanclıqla qarşılayırlar? 
Məyər biz öz hüququmuzu tələb edəndə, kiminsə hüququnu pozuruq? 
Elə alınır ki, heç kim hakimiyyətdən heçnə tələb etməməlidir, kefləri necə istəyir idarə etsinlər. Bu halda dövlət konstitusiya qanunlarını dəyişdirib ölkənin adını Azərbaycan feodal quruluşu qoymaq lazımdır ki, heç kimin, heçnə tələb etməyə ixtiyarı olmasın. 
Onsuzda bizim tələblərə, sizdə olan münasibət və hakimiyyətin ölkə qanunlarına və insan hüquqlarına məhəl qoymaması, bir daha Azərbaycanda feodal quruluşun olduğunu təsdiqləyir. 
Sizin kimi həm vətəndaş və "qardaş" olan ölkədə, düşmənə ehtiyac yoxdur. 
Belə nəticəyə gəlmək olar ki, talışlar ancaq ön cəbhədə vuruşmaqdan, şəhid olmaqdan ötəri qardaşdır. 
P.S. 2016 - cı ildə Talış adı rəsmi olaraq qadağan edilərək, pozor adlar siyahısına salınıb. Onu da qeyd edim ki, belə bir qanun 1 nəfər tərəfindən qəbul olunmur.

Boris Talischinski
Category: SIYASƏT | Views: 119 | Added by: tmmrtalish | Tags: Boris Talischinski | Rating: 5.0/1
Total comments: 0
Подписка: 1 Код *: