search
menu
person

NEWS AND UDATES


13:01
Niyə dilimizdə danışanların sayı azalır?(Mətnin böyüklüyünə baxma,oxu,əziz talışım).
Niyə dilimizdə danışanların sayı azalır?(Mətnin böyüklüyünə baxma,oxu,əziz talışım).
Dünən dogma ana dilini- talış dilini bilməməklə bağlı müxtəlif fikirlər söyləndi,ittihamlar irəli sürüldü.Obyektiv və qeyri-obyektiv fikrlər söyləndi. Xatırladıram ki,dilini bilməyən minlərlə insan vardır ki,qınaq oobyekti olan da həmin minlərdən biri idi .Hər birimizin ətrafında bu cür yüzlərlə adam vardır.Onlar özgəsi deyil,özümüzünkülərdir.Bu işdə əsas hədəf ayrı-ayrı fərdlər deyil,bu vəziyyəti yaradan səbəblərdir. Həmin səbəblərə aydınlıq gətirmək üçün mən bu yazımda bir neçə məsələyə toxunmaq istəyirəm.

  1.Azərbaycan dilinin Lənkəran şivəsi 4 rayon-bölgəni əhatə edir.Bu rayonlarda talış dilli əhali yaşayır.Şivəmiz buradakı əhalinin dilinə uyğun olaraq formalaşdığı üçün özünəməxsus xüsüsiyyətləri(fonetik və leksik) ilə fərqlənir.

  2.lənkəran,o cümlədən digər rayonların talış əhalisinin milli tərkibinə gəldikdə demək lazımdır ki, adını çəkdiyimiz rayonlarda sırf türk dilli çox azdır.Masallının düzən hissəsi (əsasən, şose yolunun ətrafı ,müəyyən qədər şəhərdə,bir qədər Ərkivan və boradigahda,Lənkəranda isə Veravul kəndininTürkoba məhəlləsində,Haftonidə keçmiş Astraxanbazarından gəlmiş bir ailə(Əşinin ailəsi),Qurunbada həmin ailənin yaxın qohumları(Əşinin qardaşı və ya əmisi oğlu,)keçmiş Kirov qəsəbəsində sov.hakimiyyəti illərində Yardımlı və Cəlilabaddan,Lerikdən gəlmiş bir qrup insan,Darqubada vaxtilə bir neçə ailə ,Sarı və Limanda ,o cümlədən Lənkəran şəhərində az miqdarda türk dilli əhali yaşayır.Lerikdə isə Zuvandda bir neçə türkdilli ənali yaşayan kənd vardır.Bu əraziyə türkdillilərin gəlişi ,əsasən,Şamaxıdan,Şamaxı zəlzələsindən sonar olub.Sual oluna bilər:bəs xanlar ?Xanlar Ərdəbildən gəlmiş(xanlıq yaradılanda),onların arasında Taliş dillilər olub.Osakücədə olan xanlar talış olub.Həmin xanların talış dilli nümayəndəsi(Bəşir xan) 60 –cı illərdə bizə gələrdi(atamla dost idi).Beləliklə,deyilənlərdən aydın olur ki,türkdillilər Masallı,Lənkəran,Astara və Lerikdə yaşayan əhalinin heç 10 faizini də təşkil etmir.

  3.Bəs niyə böyük əksəriyyət Azərb.dilində danışı?Burada bir sıra faktorlar təsir edir.1)Sovet hakimiyyəti illərində Azərbaycan ərazisində dövlət dili Azərbaycan dili olduğu üçün bütün rəsmi sənədləşmələr Azərb. dilində aparılıb.Məktəblər Azərb.dilində olub.2)Talış dilindən əhali ancaq öz aralarlnda və evdə istifadə edib.Ona görə də arxa plana keçib.3)Hansı millətin qizı başqa millətin nümayəndəsi ilə evlənirsə,o evə öz dilini aparır.Talışlar bəlkə yeganə bədbəxt millətdir ki,bunun əksi baş verir.Qız getdiyi evin dilini,oğlan isə gətirdiyi qızın dilini qəbul edir.

  4)Əhalinin iqtisadi vəziyyətinin geri qalması və buna görə də hər tərəfə səpələnməsi.Getdiyi yerdə mövcud dili öyrənir və bu onun nitqinin ifadəçisinə çevrilir.

  5)İnsanların elm ,texniki tərəqqi dalınca getməsi, müvəffəqiyyət əldə etmək üçün başqa hakim dilləri öyrənməsi.Məsələn,mənim 1-ci sinifdə oxuyan nəvəm ölkənin ünsiyyət dili olan Azərb dilində danışır,rus dilində məktəb oxuyur,məktəbdə alman dili keçilir,əlavə ingilis dili məşğələsinə gedir.

  6.Nəhayət,niyə rəsmisənədləşmədə talışlarin sayi azdır?1979-il “Əhalinin siyahıyaalınması”nda mən də iştirak etmişəm.Onda deyildi ki”yuxarinin tapşıriğıdır,milliyyət “azərbaycanlı”yazılmalıdır.Çünki SSRİ ailəsində azərbaycanlı bir millət kimi əriyir.Yumşaq karandaş verdilər ki,düzəliş edək.Heç etiraz edən də olmadı.... Bir sözlə,ədəbi,dövlət dili olmayan xalqların hamısı bu problemləri yaşayır,bundan sonar da yşayacaqlar .Azərbaycan dilinin İranda olan dialekti də eyni problem yaşayır.Deməli,söz hakim dillərindir.Bununçün bir-birimizi qınamağa,hətta təhqir etməyə dəyməz.

HaciAllahveren Nezerov 
02.l.2019.
Категория: TALİSH | Просмотров: 46 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090