19:28
NÖVBƏTİ FACİƏ

NÖVBƏTİ FACİƏ

Bu gün, 11 may 2021ci ildə, Rusiyanın Kazan şəhərində, 175 nömrəli gimnaziyada 9 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən faciə baş vermişdir. Həmin gimnaziyanın məzunu, 19 yaşlı İlnaz Qilyavinov, səhər saat 9- 30 da gimnaziyaya daxil olaraq, səkkizinci sinif şagirdlərini güllələyərək, 7 ni qətlə yetirmiş, 21 nəfəri yaralamışdır. Ondan sonra bir müəllim və bir nəfər texniki işçini güllələyərək öldürmüşdür. Ondan sonra gimnaziyanı tərk edəndə polislər tərəfindən həbs edilib. Hal-hazırda istintaq gedir. Saxlanılan ,,şəxsin " ilk ifadəsi: ,,Bütün insanlara nifrət edirəm, heç kimi görmək istəmirəm. Mən insanlardan qisas alıram ".
Təəssüf doğuran hal ondan ibarətdir ki, belə həşəratlar, özüylə yanaşı, günahsız insanların, məktəblilərin, pedaqoqların da həyatına bais olurlar. Uşaqların milləti olmur, onlar günahsız və məsumdurlar.
Terror Azərbaycan xalqına da az ağrı -acılar çəkdirməyib . Xocalı soyqırımı, metroda partlayış, Neft Akademiyasındakı terakt bizim kədər tariximizdir. Teraktlar nəticəsində Müsəlman ölkələrində uşaqların, günahsız insanların ölümü, az qala adiləşib, heç kimdə təəccüb doğurmur...
Bu müqəddəs Ramazan ayında, irqindən, milliyyətindən, dinindən asılı olmayaraq bütün bəşəriyyətin buna bənzər bəlalardan xilas olması üçün dualarımızı əsirgəməyək. Heç bir günahsız insan, heç bir məsum körpə zəmanəmizin kabusuna çevrilmiş terrorun qurbanı olmamalıdır.
Bütün tərəqqipərvər insanlara qoşulub, terror və müharibələri qətiyyətlə pisləyir, Kazanda həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyirik.
RƏDD OLSUN MÜHARİBƏ VƏ TERROR. DÜNYAYA AYDIN SƏMA, SÜLH VƏ ƏMİN-AMANLIQ!
11 05 2021ci il ADİ.
Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar, avtomobil və açıq Havada şəkili ola bilər
 
Category: Sosial şəbəkə xəbərləri | Views: 101 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: