14:59
ÖLÜMÜ İLƏ ZƏFƏR ÇALAN ALİM - FƏXRƏDDİN ABBASOV( ƏBOSZODƏ)!!!

ÖLÜMÜ İLƏ ZƏFƏR ÇALAN ALİM -
FƏXRƏDDİN ABBASOV( ƏBOSZODƏ)!!!

Silahı SÖZ olan bu insana qarşı təpədən dırnağadək silahlanmış böyük dövlət aparatı, orta əsrlər zorakı metodları ilə dünyada ad çıxarmış qəddar rejim, əbəlqüdrətlə sazişə girərək daha da harınlaşmış bütöv bir "ordu" mübarizəyə qalxdı!
SÖZlə mübarizədə aciz qalan bu rejim çıxış yolunu əli-qolu bağlı bir insanı həbsxanada qətlə yetirməkdə gördü - vərdiş etdiyi qaydada! Necə deyərlər: - "İnsan yoxdur, problemdə yoxdur!"
Mənfur rejim öz cinayətini ört-basdır etmək üçün həyasızcasına özünəməxsus bir bəyanat da yaydı, guya F.Abbasov (Əboszodə) Qobustan qapalı həbsxanasında özünə qəsd etmişdir, "Şuşanın azad edilməsi xəbərinə dözməyərək!" Sən demə dindar bir adam haram sayılan bu hərəkəti etməzdən əvvəl dövlət yetgililərinə bu haqda "məlumat verməyi də unutmamalıdır!"
Dövlət rəsmilərinin bu hərəkətinin bir adı var - HƏYASIZLIQ!!!
Halbuki F.Abbasov(Əboszodə) hələ 2 əvvəl yaxınlarına başına gətiriləcək bu cinayət barədə məlumat vermişdi; - "Məni qətlə yetirib bunu özünəqəsd kimi qələmə verəcəklər! İnanmayasınız!"
Rejimin bu davranışı nə birinci ,nə də sonuncu deyil, məhbəsdə qətlə yetirilmiş daha bir talış alimi Novruzəli Məmmədovu və onun 2 oğlunun aqibətini xatırlayın!
Özünü demokratik ölkə kimi bəyan etmiş bu rejim heç olmasa ermənilərin Şahbaz və Dilqəmə qarşı belə rəftar etmədiklərindən utansın!
AZAD RUHLU
FƏXRƏDDİN ABBASOV(ƏBOSZODƏ)
Öz ömrünü xalqının dirçəlişinə, oyanışına həsr etmiş bu ALİM istinadda baş əymədi, canını qurtarmaq üçün rejimlə heç bir sazişə getmədi, RUHUNUN AZADLIĞINI qorudu!
Ona 16 il hökm oxunan məhkəmədə demişdir: -"İstəyirsiz mənə 17 yox, lap 170 il iş kəsin, mən tutduğum yoldan dönən deyiləm. Mənim yerə tökülən hər damla qanımdan minlərlə fəxrəddinlər doğulacaq!
Mən xalqım üçün bacardıqlarımı etmişəm!"
Bəli, Fəxrəddin Abbasov (Əboszodə) RUHƏN AZAD idi, sona qədər də RUHUNUN AZADLIĞINI qorudu!
Onu qətlə yetirməklə öz acizliyini etiraf edən bu rejim də, rejimin bu cinayətinə susqunluğu ilə şərik olan "demokratik" müxalifət də, İnsan Haqlarını qorumağı özlərinə "çörək ağacı" edən "müstəqil" QHT də, "Azad mətbuat" nümayəndələri də öz NƏFSlərinin, mıllətçi faşizmlərinin əsiridirlər!
ALLAH rəhmət etsin AZAD RUHLU İNSANİ!!!



TMH
Category: TMH Xəbon | Views: 112 | Added by: tmmrtalish | Tags: TMH | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: