Salam
/ Новости сайта / SIYASƏT / "Ölümün üzərinə onun üçün getmişik ki, bu gün bizə əxlaqsız desinlər?!"
27.09.2020

"Ölümün üzərinə onun üçün getmişik ki, bu gün bizə əxlaqsız desinlər?!"

214 0 SIYASƏT

"Ölümün üzərinə onun üçün getmişik ki, bu gün bizə əxlaqsız desinlər?!" - Qarabağın Həcəri ÜSYAN ETDİ

 














A- A A+
















 




Sabiq millət vəkili Cümşüd Nuriyev AzTv-də yayımlanan "Əsas məsələ" verilişində birinci Qarabağ müharibəsində könüllü vuruşan qadınlarımızı təhqir etmişdi.
 
Məsələ ilə bağlı həmin döyüşlərdə yaxından və aktiv iştirak etmiş qadın döyüşçülərimizdən olan, "Qarabağın Həcəri" ləqəbiylə tanınan Sabirə Mahmudova Eurasia Diary-ə ekskluziv açıqlamalar verib. Həmin açıqlamaları təqdim edirik:
 
Sabiq millət vəkili Cümşüd Nuriyevin iddialarına münasibətiniz nədir?

"Çox mənfi! Ən azından 88-ci ildən, Qarabağ müharibəsindən bu günə qədər ayaq üstdə olan bir qadınam və sabah mənim ad günümdür, 65 yaşım tamam olur. 7 nəvəm var, bunların içində məktəbli və orta məktəbi bitirən var. Bunlar nə fikirləşəcəklər ?! Mən hələ ailə üzvlərimi demirəm! Müharibə qadınına atılan bu çamuru pisləyirəm. Bəlkə düz demirəm?!

Bizim vaxtımızda bizi hansısa kanala müsahibəyə çağıranda harda xoşagəlməz ifadələr olurdusa onu efirə verməmiş çıxardırdılar.

Bu Cümşüdün çıxışı niyə birbaşa efirə verilib?! Məqsəd tək Xəlilovadan gedirsə Xanım Xəlilova harda döyüşüb ki, Xanımıda qatıblar müharibə qadınlarının gözünə. Belə şey olar?!

Xanım Xəlilova “Qadın Batalyonu” yaratmayıb, ümumiyyətlə belə bir batalyon olmayıb! Milli Hərəkat vaxtı, Bakıda “Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti”nin olduğu vaxtdan bizim aktiv qadınlarımız olub. Daha sonra isə həmin qadınların da bəziləri gedib müharibədə könüllü iştirak ediblər. O demək deyil ki, bu könüllü birlik Xanım Xəlilovanın batalyonuydu! Qadınlarımız könüllü can qoyublar cəbhədə. Bu xanımlarımızın içərisində Şəhid və Milli Qəhrəman olanlar da var".

Niyə məhz bugünlərdə Qəhrəman qadınlarımız haqqında belə ifadələr səsləndi?

"Hesab edirəm ki, bu günlərdə belə çıxışlar birbaşa işğalda olan torpaqlarımızı azad etmək üçün vətənpərvərlik dediyimiz təbliğatın əksinə yönəlmək deməkdir. Bizə bu qiymət qoyulursa, ümumi müharibə qadınlarının hər birini nəzərdə tuturam. Laçın bölgəsi daxil olmaqla bir çox yerdə ali savadlı həkimlər, Bakıdan cərrahiyyə institutlarından gəlib yaralıları xilas ediblər. Yəni səyyar, şəraitsiz hospitallarda xidmət göstəriblər. Üstəlik onlar hər biri ailəli olub. Biri elə mən. Evli və 3 övlad anası olmuşam.

Bərdənin mərkəzində, 3 nömrəli məktəbin direktor müavini vəzifəsində çalışırdım. Özüm də partiya üzvü olmuşam. Partiya üzvlüyü hər adama verilmirdi, sadəcə aktiv olanlara verilirdi. Qərbi Azərbaycandan soydaşlarımızın sürgün edildiyi vaxtdan mən artıq Vətənin müdafiəsi uğrunda ayağa qalxmışdım. Xankəndindən tutmuş Qarabağın bütün rayon və kəndlərinin hər qarışına ayağım dəyib. Dağlıq Qarabağdan sürgün edilən Cəmilli kəndinin sakinlərini məktəbə mən yerləşdirmişəm. Ağdamda təşkil olunan müdafiə komitəsində, Ayaz Mütəllibov dövründən prezidentin Səlahiyyətli nümayəndəyində fəaliyyət göstərmişəm. Xəstələrin xəstəxanaya yerləşdirilməsində, dərman preparatları, isti paltarlar və yorğan-döşəklə təmin olunması daxil olmaqla bütün bu ağrılı proseslərdə yaxından iştirak etmişəm.

Heç kimə, heç nəyə görə yox, sadəcə Vətənim üçün etmişəm. Deməyim odur ki, özümə saxta əlillik, saxta sənəd düzəltdirməmişəm. Hökümətdən ev, maşın, övladlarıma vəzifə istəməmişəm. Hətta o vaxt müharibəyə getdiyimə görə iş yerimi itirdim. Nə olsun ki?! Təki Vətən sağolsun!

Bu dövlət heç olmasa bizim təmiz adımızı müdafiə etsin.

Mənim soyadımı Bərdə daxil olmaqla Azərbaycanın hər yerindən müharibədə iştirak etmiş qeyrətli oğul və qızlarımız bilir, tanıyır ki, mən necə biri olmuşam.

Arxivdə bizim necə vuruşduğumuza dair kadrlar belə var.

Ölümün üzərinə onun üçün getmişik ki, bu gün bizə əxlaqsız desinlər?!

Cümşüd Nuriyev deyir ki: “Mən vuruşmuşam, veteranam”.

O, Qarabağ komitəsində fəaliyyət göstərib, elə o yolla da deputat seçilib. Həmin vaxt general-mayor Dadaş Rzayev də orda olub. Ola bilsin, veteranlığını da elə onun xəttiylə alıb.

Cümşüd Nuriyevi 92-ci il yanvar ayında, Ağdam qərərgahında ötəri görmüşəm. İki gün sonra isə Bərdənin İcra Başçısı rəhmətlik Yusif Allahverdiyev mənə dedi ki, “Bu dəyyus gəldi burdan mebelləri götürdü getdi”.

Müharibə vaxtı mebel daşıyan biri döyüşməkdən danışa bilməz!

Bu adam Qarabağa şəxsi mənafeyi üçün gəlmişdi. Belə Vətən sevər idi Qarabağa bir patron gətirərdi, niyə gətirməyib?! . O, heç yerdə vuruşmayıb. Deyir ki, “filankəslə vuruşmuşam”. Araşdırsınlar görək o filankəsin özü harda vuruşub?! Bakının ortasında xidmət etmək, ya da Dadaşın yanında gedib şəkil çəkdirmək vuruşmaq deyil".

Azərbaycan xalqına və gəncliyinə nə demək istəyərdiniz?

"Azərbaycan gəncliyinə və dövlətinə üzümü tuturam: “Bizim haqqımızı tapdanmağa qoymayın. Belə anti-milli insanların apardığı təbliğat erməni təbliğatıdır.

Mən birinci Qarabağ müharibəsində vuruşmuşamsa, Aprel döyüşlərində 45 gün Tərtərdə olmuşamsa, sabahkı müharibədə də vuruşacam. Torpaqlarımızın bir qarışından da keçməyəcəyik. Qarabağ müharibəsində iştirak edən qadınların hüququnun tapdanması gələcək müharibə iştirakçılarının qabağına çəkilən səddir.

Ali Baş Komandandan xaiş və tələb edirəm ki, həmin şəxs haqqında ölçü götürülsün".

 

Fəqan Muxtarlı

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [274]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [228]
SIYASƏT [119]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Ноябрь 2019  »
ВсПнВтСрЧтПтСб
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0