10:44
"Orada dövlət dili Azərbaycan və "Artsax" dili olmalıdır" - AÇIQLAMA
"Orada dövlət dili Azərbaycan və "Artsax" dili olmalıdır" - AÇIQLAMA



Ciddi  ifadələr kandeksdən çıxarılaraq , dəyişdirilmişdir !

Son günlər Ermənistana aid kütləvi informasiya vasitələrində Dağlıq Qarabağda rəsmi "dövlət" dilinin rus dili olacağı barədə məlumatlar dərc olunur. Məlumatlarda qeyd olunur ki, bu qərarı həm də "Artsax" xalqı tələb edir. 
Yayılan məlumatlar Azərbaycanda xeyli narazılığa səbəb olub. Siyasilər bildirir ki, dövlət dili Azərbaycan dilidir, Qarabağda da eynilə. 
Mövzu ilə bağlı BAXAR.AZ-a açıqlama verən qondarma "Talış-Muğan Muxtar Respublikasının rəhbəri", hazırda mühacirətdə yaşayan Ələkrəm Hümmətzadə bildirib ki, Qarabağda dövlət dili Azərbaycan və "Artsax" dili olmalıdır:
"44 günlük müharibədə döyüşən və iştirak edən hərbi heyət bütün səviyyələrdə şərəf nümunəsi yaratdı. Dağlıq Qarabağa ("Artsaxa") status verilməsinə vəd verildiyi ünvanlanan sualda özünü ehtiva etməklə bütün səviyyələrdə razılaşdırıldığı təsdiqini tapmaqdadır və burada səhv edilərsə, ora Rusiya Federasiyasının ərazi subyekti olar. 
İndidən özünü aldatmaq ilə deyil, hazırki real vəziyyətə və ölkə mənafeyinə uyğun, qəti həqiqət, cəsarəti tapıb deməklə ölkə daxilində veriləcək status elan ediləcəyi təqdirdə Qarabağda dövlət dili Azərbaycan (türk) dili və "artsax", bəli, "artsax" dili olmalıdır. O dil erməni dili deyil!"
"Artsax"la Ermənistan arasında hansı fərq var, hər ikisi eyni millət deyilmi? Sualımıza cavab verən Ələkrəm Hümmətzadə bildirib ki, onlar eyni millət deyil:
"Xeyr, ən böyük səhvlərdən ən başlıcası onları eyni millət hesab etməkdir".

Fərid İMRAN
BAXAR.AZ

 
Category: Sİyasət | Views: 82 | Added by: tmmrtalish | Tags: Fərid İMRAN | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: