/ Новости сайта / TALIŞH / Öz adımdan və xalqın adında yardım edənlərə təşəkür edirəm !
03.06.2020

Öz adımdan və xalqın adında yardım edənlərə təşəkür edirəm !

76 0 TALIŞH
Öz adımdan və xalqın adında yardım edənlərə təşəkür edirəm !

Salam əzizlərim ! Bəli bunun doğurdan baş verməsinin mən şahidiyəm ! Ağır vəziyyətdə olan iki ailənində mən demişdim onlar alıblar onlara çatanı!!! Mən də Talış olaraq bu məsələyə biganə qala bilmərəm ! Öz adımdan , o iki ailə adından  və yardım alan bütün ailələlər adından Prezidentimiz Ələkrəm Hümmətzodəyə, Rəhim Mirzəyevə dövlət yardımı üçün, Ruslan Almaszadəyə, Boris Talışinskiyə və bu işdə kiçicik belə əməyi keçən hər kəsə dərin minnətdarlıq bildirirəm !!! Qoy Allah onları qarşımızda həmişə uca, qəlblərincə ruzili etsin !!! Qoy Allah bizim Talış millətimizə belə oğullardan çox bəxş etsin və onların sayəsində Talış millətimizi görmək istədiyimiz layiq olduğumuz yerdə görək ! Fondun vəsaiti bəs etmədikdə şəxsi vəsaitlərini belə millətinə verdikləri sözü tuta bilmək üçün göz qırpmadan sərf edəcək qədər millətimi sevən oğullardır TMMR   Mühacir hökümətinin hər bir üzvü ....
Mənim əziz Talışlarım ,bilirəm ki, bu yazımı yalnız feysbuk istifadəçisi Talışlar oxuyacaq və çox istərdim ki, hər biriniz bunu real həyatda olan çox sayda Talışlarımıza oxuyasınız.... 
Əzizlərim TMMR Mühacir hökümətinin başda cənab Prezident və Baş Nazir olmaqla heç biri üzvü haranısa parçalamaq , dağıtmaq , bölmək fikrində deyil və heç vaxt da olmayıb !!!! Onların dərdi sizsiniz ! Çoxunu tanıyıram və iş gücləri maddi imkanları yerində olan oğullardır! Yəni istəsələr bu işdən əl çəkib gedib öz xoş həyatlarını yaşayarlar ! Heç kim onları buna məcbur etməyib ! Onları buna məcbur edən onların vicdanları , aid olduqları Talış xalqının acınacaqlı vəziyyətinə biganə qala bilməmələri , xalqını layiq olduğu yerdə görməli istəkləridir ! Onların istədiyi elə Azərbaycanın tərkibindəcə özümüzə yiyə çıxmaqdır ! Çünki onlar anlayır ki, nə bundan əvvəlki hakimiyyətlər , nə indiki hakimiyyət nə də bundan sonra gələcək hakimiyyətlər Talışa gün ağlayan deyil ! Və onlar artıq yoruldu gözləməkdən , siz də yorulun artıq əsassız xoş gələcəyə ümid etməkdən bu hakimiyyətlərin olduğu müddətlərcə ! Görünən kəndə nə bələdçi ? Bu hakimiyyətlər aid olduqları xalqa belə gün ağlamayıblar Talışamı ağlayacaqlar ! Bu acı gülüş doğuran bir ümiddir ! Müqayisə edin : neft milyardlarında üzən Azərbaycan adambaşına 190 manat verir onu da hələ fırladır. Amma Təzəcə yaranmış Mühacir hökumətimiz heç bir yerdən bir qəpik almadan 50 manat verir . Müqayisə edin hansı daha çoxdur !? Əzizlərim , əlbəttə millətin hamısı mütərəqqi düşüncəli ola bilməz . Bizim içimizdə çox azdır belələri ! Əksəriyyətimiz inamsızlıq , qorxaqlıq girdabında batmışıq ! Amma məncə hər şey o qədər göz qabağındadır ki, nəyin düz nəyin səhv olduğunu anlamağa dərin zəka lazım deyil ! Mənim sizdən istədiyim sizin öz taleyinizə özünüzün yiyə çıxmağınızdır !!! Atın artıq üstünüzdəki kiri pası və başa düşün  Talış özünüidarəsi Azərbaycanı yalnız güclü edəcək ! Talışlar əsrlərcə yaşadıqları hansı bir dövlətdə yaşasalar yaşasınlar həmişə o dövlətin inam yeri, vuran əli olmuşlar ! Dövlətlər onların şücaətləri ilə fəthlər etmişlər ! Bu indi də belədir ! Dediyim odur ki, Talışdan vətən parçalayan , xain olmaz !!! Və TMMR MH-tində çalışan oğullarımız da Talış balalarıdır ! Onlar həm də Azərbaycanın firavanlığın istəyənlərdir və bunu hər əməllərində sübut edirlər ! Daha nə etsinlər ki, siz onlara inanasınız ki, onların dərdi öz Talış xalqının taleyidir , onu yaşatmaq istəkləridir !!! Sizcə cənab Ələkrəm Hümmətzadə yaşadığı həbs məhrumiyyətlərindən sonra , ona qarşı bu qədər nankorluq etdiyimizdən sonra , gedib öz həyatını rahat yaşaya bilməzmi?  Bilər amma getmir ! Çünki xalqını başsız qoymaq istəmir , pensiyasını belə xərcləyir bu yolda .

Bəhruz Talış .
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: