search
menu
person

NEWS AND UDATES


15:14
Özunə boz qurd deyənlər yaxşı oxusunlar .
Türklərin ilk ataları Batı Dənizinin batı tərəfində yaşayırdılar. Türklər, Lin adlı bir ölkənin orduları tərəfindən məğlubiyyətə uğradılmışdılar. Düşmən əsgərləri bütün Türkləri kişi-qadın, kiçik-böyük demədən öldürdülər. Bu böyük və vəhşicəsinə qətliamda yalnız təxminən 10 yaşında olan bir oğlan sağ qaldı. Düşmən əsgərləri bu uşağıda tapdılar amma onu öldürmədilər, bu yaşayan son Türkü acılar içində can versin deyə, qollarını və ayaqlarını kəsərək bir bataqlığa atdılar. Düşmən hökümdarı, əsgərlərinin son bir Türkü sağ olaraq buraxdıqlarını öyrəndi. O dəqiqə əmr verdi ki, bu son Türk də öldürülsün və Türklərin kökü tamamilə kəsilsin... Düşmən əsgərləri uşağı tapmaq üçün yola çıxdılar. Amma dişi bir Bozqurd çıxdı və uşağı qaçırdı. Altay dağlarında izi tapılmaz, ucsuz bucaqsız və hər tərəfi yüksək dağlarla əhatə olunmuş bir mağaraya apardı. Mağaranın içində böyük bir ova vardı. Ova, başdan ayağa ot və çayırlardan ibarət idi. Dörd bir tərəfi Sarp dağları ilə çevrili idi. Bozqurd burada uşağın yaralarını yalayıp tumarladı və sonunda sağaltdi. Onu südüylə, ovladığı heyvanların ətiylə bəslədi, böyütdü. Sonunda uşaq böyüdü və yetkinlik çağına gəldi, sonra isə Bozqurd ilə yaşayan son Türk (bozqurdla) evləndilər. Bu evlilikdən 10 uşaq doğuldu. Uşaqlar böyüdülər, başqa yerlərdən qızlarla evlənərək artdılar. Türklər yavaş yavaş çoxaldılar və çevrəyə yayıldılar. Ordular qurub Lin ölkəsinə hücum etdilər və atalarının qisasıni aldılar. Sonralar yeni bir dövlət qurdular, dörd bir yana yenidən egemen oldular. Və Türk hakanları atalarının xatirəsinə hörmət olaraq otaqlarının önündə həmişə qurd başlı bir sancak dalğalandırdılar...''


tolishstan.com 
Category: XƏBƏRLƏR | Views: 60 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar