search
menu
person

NEWS AND UDATES


17:14
Polis mitinqdə iştirak edənlərə zəng edir
Polis mitinqdə iştirak edənlərə zəng edir
Sorğu-suala tutulanlar arasında jurnalistlər də var
 
Milli Şuranın 19 yanvar mitinqində iştirak edənlərə müxtəlif formada təzyiqlər edildiyi bildirilir.
 
Məsələn, Salyandan Bakıya gələn 70-ə yaxın müxalifətçinin polis idarəsinə aparılaraq, hədə-qorxu gəldiyi deyilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakıda, Sumqayıtda yaşayanların telefonlarına zəng edib yerli polis idarəsinə çağırırlar.
 
Xətai rayonunda qeydiyyatda olan müsavatçı, keçmiş məhbus Nigar Həzi bildirib ki, yanvarın 22-də rayon Polis İdarəsindən Roman Allahverdiyev adlı əməliyyatçı ona zəng edib:
 
"Guya mənim nömrəm hansısa oğurluq telefonla əlaqəli olub. Halbuki, 10 ildən çoxdur nömrəmi işlədirəm. Hərçənd ki, Roman bəy heç cümləni düz-əməlli düzüb qoşa da bilmədi. Aydınlaşdırmaq üçün idarəyə gəlməmi söylədi. Dedim, bu çağırış mitinqə görə olmasın? Sağ olsun, o da heç nə demədi. İş kimin icraatındadırsa, həmin şəxsə - Tural bəyə zəng edib soruşuram ki, məni niyə çağırırsınız. Dedi, mənim xəbərim yoxdur”.
 
Lənkaranda qeydiyyatda olan jurnalist Ramin Deko da bildirib ki, yerli polis rəisi onun çox adamın bilmədiyi nömrəsinə zəng edib, 19 yanvar mitinqində iştirak edib-etmədiyini soruşdu: "Təsdiqlədim, səbəbini soruşmamış dedim ki, mitinq icazəliydi və mən jurnalist kimi iştirak edib işimi görmüşəm. Mitinqlə bağlı sualları dayandırdı və harada yaşadığımı soruşub sağollaşdı. İlk dəfədi bu baş verir, heç zaman zəng edib nə işlə məşğul olduğumu soruşmayıblar. Maraqlısı odur ki, zəng mənim mitinqdə işlək olan nömrəmə gəlib, deməli, "Azercell” GPRS vasitəsilə məlumatları ötürüb. Bu hal təkcə mənlə bağlı deyil, başqa jurnalistlərə də edilib”.
 
Xırdalanda yaşayan jurnalist Alya Yaqublu "Facebook” hesabında yazıb ki, 19 yanvar mitinqdə insanların çox sayda iştirakından hakimiyyət narahat olub:
 
"Vurnuxa-vurnuxa "profilaktika” işləri aparır. Birinci zəng vuran "JEK”-dən olduğunu deyib siyahıyaalma bəhanəsilə evimizin yerini dəqiqləşdirməyə çalışdı. Ünvanda dalan-filan var, dalanları da nömrələməyiblər deyə bilmirlər haradı. Dedim, telefonla olmur bu iş, mitinqə görə zəng vurmusuz yəqin. "Yox-yox, nə mitinq? Yaxşı, yaxşı, sağ olun,” - deyib dəstəyi asdı. Bir az sonra yenə zəng gəldi, bu dəfə sahə müvəkkili idi, evimizin yerini öyrənmək istədiyini dedi. Soruşdum xeyir ola, "lazımdı” deyə cavab verdi. Dedim, mənim nömrəmi bilirsizsə, deməli, ünvanımı da bilirsiz də. Dedi, bilirik, filan küçə, dalan, ev, düzdü? Dedim, düzdü. Dedi, yerini təsvir eləyin də. Soruşdum, nəyinizə lazımdı, dedi, lazımdı da. Soruşdum niyə lazımdı axı, nəsə problem var? Dedi, şöbəyə gəlin, rəisin sözü var. Adını-soyadını soruşdum, "Sərxan Abdullayevdi”,- dedi. Dedim, Sərxan müəllim, nə məsələdi, dedi, heç zad, eləcə sözü var. Dedim, çağırış vərəqi göndərin, gəlim. Dedi, evin yerini deyin də. Nəysə, yenə mən dedim, yenə o dedi, söhbətimiz nəticəsiz bitdi. Bu antimitinq əməliyyatını hazırlayan cənablar, ələmanlarınıza əziyyət verib dalan-malan axtartmayın, rəsmi çağırış olmasa, getməyəcəm. Zorla aparmaq istəyirsizsə, buyurun, gəlin. Mənim məsləhətim - özünüzü yormayın, mən mitinqə gedəcəm”.
 
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan fəal Sənubər Heydərlinin isə anasını polisə çağırıblar, səbəb mitinqdə iştirakı olub: "Sadəcə, bir neçə sual verib buraxıblar”.
 
Jurnalist Elçin Həsənzadə isə deyir ki, Sumqayıt Polis Axtaris İdarəsindən, Şükür adlı rəis müavini çağırıb: "Zəng edib deyir ki, nömrən ogurluqdu, bölməyə gel. Cavab verdim ki, gəlmirəm, 12 ildir bu nömrəni işlədirəmsə, necə oğurluq ola bilər?! Oğurluq olsaydı, çoxdan bilərdiniz, niyə indi bildiniz?”
 
Sumqayıt cəbhəçisi Şakir Məmmədov da yanvarın 21-də saat 24-də Sumqayıt Polis İdarəsinə çağərıldığını deyib: "Gecə saat 2-nin yarısına qədər mitinqdə olub-olmamağımızı sorğu-sual etdilər, 20-yə yaxın müxalifətçiydik, sonra heç bir izahat almadan sərbəst buraxıldıq”.
 
İdman jurnalisti Coşqun Eldaroğlu yanvarın 23-də, saat 15-də polisə çağrıldığl haqda məlumat yayıb.
 
Hüquqşünas Fuad Ağayev Meydan TV-yə deyib ki, əvvəla, telefonla zəng edib vətəndaşı polis idarəsinə çağırmaq qanuna ziddir: "Elektron hökumət sistemi vasitəsilə çağırış olsa, bu barədə müzakirə açmaq mümkündür. Ancaq polis orqanlarında bu sistem hələ işləmir. Ona görə vətəndaş rəsmi qaydada çağrılmalıdır və səbəbi izah edilməlidir, istənilən halda prosessual normalara əməl edilməlidir”.
 
Fuad Ağayev deyib ki, mitinqdə iştiraka görə kimlərinsə polisə çağrılması və izahat alınması düzgün deyil. Əgər həmin tədbirdə, yaxud tədbirdən sonra pozuntuya yol verilibsə, o ayrı söhbətdir. Sual yaranır, mitinqdən əvvəl, aksiya zamanı və sonra pozuntuya yol verilmişdisə, niyə onda aydınlaşdırılmadı? 3 gün sonra zəng edib niyə aydınlaşdırırlar? Nəhayət, mitinq icazəli olub və Bakı Şəhər Baş Polis İdarəsi heç bir asayiş pozuntusunun olmadığı barədə məlumat yayıb.
Категория: XƏBƏRLƏR | Просмотров: 44 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090