Salam
/ Новости сайта / SIYASƏT / Qələm XAİN əlindədir!  Mirşahinin Azərbaycan hakimiyyətinə "AYI XİDMƏTİ"
27.09.2020

Qələm XAİN əlindədir!  Mirşahinin Azərbaycan hakimiyyətinə "AYI XİDMƏTİ"

242 0 SIYASƏT
Qələm XAİN əlindədir!  Mirşahinin Azərbaycan hakimiyyətinə "AYI XİDMƏTİ".



Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!
Elvin İsayevə AZADLIQ!
Aslan Qurbanova AZADLIQ!
Mubariz Mənsimova AZADLIQ!
Azərbaycan reallığı.
Qələm XAİN əlindədir!
Mirşahinin Azərbaycan hakimiyyətinə "AYI XİDMƏTİ".
23 avqust tarixində REAL TV-də Mirşahinin (Qeyd edək ki, hərif yeni ampiuluasında nəzərəçarpacaq dərəcədə kökəlib, amma buna baxmayaraq, ağzındakı SÜMÜK görünür) "ifasında" yayımlanan "Xainlər" filminə baxdıq(Əgər buna film demək olarsa). Mirşahin bizi çox çaşqın vəziyyətə saxladı. Çəkdiyi filmlə o, nə demək istədi, kimlərə xidmət etməyə cəhd etdi?... Bu suallar bizi çox düşündürdü, o dərəcədə düşündürdü ki, son nəticədə Mirşahinə təşəkkür etmək qərarına gəldik…
Yəqin ki, filmə baxan və bu yazını oxuyanlarda da sual yaranacaq: - Nəyə görə?
Mirşahinin dilindən səslənən əlahəzrət faktlarla bu suala cavab verməyə cəhd edirik: Guya Ələkrəm Hummətovu "ifşa edib, onun XAİN obrazını tamaşaçıya" çatdırmaq istəyən Mirşahin "çaşır"! Elə erməni Qarnik Asatiryanın dili ilə Azərbaycan xalqı üçün qaranlıq qalan bəzi məqamlara "işıq" salır. Guya Ə.Hummətov ermənidən 260 min avro pul istəyib, özü də nə məqsədlə?
- "Talış Mədəniyyət Mərkəzi üçün Bakı şəhərində qərargah almaq üçün".
Mırşahin, sənə bir "sağ ol"!
Mirşahin bilərəkdənmi, ya bilmədən(hərif qocalır), bizim illər boyu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istədiyimiz həqiqəti - Respublika Talış Mədəniyyət Mərkəzinə Bakıda yer verilmir, sual olunur - NİYƏ? Nə səbəbə Ə.Hummətov bu məqsədlə ermənilərdən vəsait istəməlidir?
İkinci məqam:
- Mirşahin erməninin diliylə də olsa, etiraf etdi ki, Avropada fəaliyyət göstərən Talış Muhacir hökumətinin fəaliyyəti heç də Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yönəlməyib, "Azərbaycan tərkibində Muxtar vilayət"!
Bərəkallah, Mirşahin! Görünür vicdanının ağzına "daşı hələ tam basmamısan"!
Sənə ikinci "Sağ ol"!...
İndi də keçək "filmin" başqa (əslində- Mirşahinin) gizli məqamlarına. Ay "velikiy kombinator Ostap Bender"(Miriş), DTX-dan aldığın materiallardan filmin personajlarının kontekstdən çıxararaq qısa frazalarını verirsən və onlara qarşı guya xalqda nifrət hissi yaradırsan. Azərbaycan xalqının sənə olan nifrətdən xəbərin varmı?... Olmamış olmaz, yəqin ki, deyirsən:-"Təki qarnım tox olsun, kökəlim". Sosial şəbəkələrdən DTX tərəfindən casusluq yolu ilə götürülmüş ifadələri yaymaqla, məqsədin ağalarının qeyri-qanuni fəaliyyətinə işarə etmək deyilmi?...
Fəxrəddin Abbasovun(Əboszodə) məhkəmə sənədləri indiyə qədər qohumlarına vrilməyib, işdə olan 2 cild, heç məhkəmə istintaqına da, təqdim edilməyib. Xeyr ola, onlar, sənə nə məqsədlə verilib?...
Deyək ki, "filmdə" bəyan etdiyin adamlar "xainlərdir", "ermənilərlə əlaqə qurublar”. Bəs, Ukrayınadan oğurlanaraq Azərbaycana gətirilən Elvin İsayev necə? O, ki, səsini ölkədə baş alıb gedən irticaçı rejimə qarşı ucaltmışdı, Azərbaycan naminə!
Sən nə əsasla hakimiyyəti xalqa Azərbaycan dövləti kimi sırımaq istəyirsən!
Azərbaycan hakimiyyəti, prezident dünyaya bəyan edir ki, Dağlıq Qarabağ ermənilərinə ən yüksək Muxtariyyət statusu verməyə hazırdır. Səncə, Muxtariyyət verəndən sonra Azərbaycan xalqları ermənilərlə düşmən olaraq yanaşı yaşayacaqlar?!
Bəlkə? "filminlə" məqsədin dünya ictimaiyyətinə "Prezident yalan deyir", - mesajını verməkdir?...
"Günü-gündən çiçəklənən Azərbaycan" dediyin ölkədə hər an korrupsiyadan, "dövlətin dayaqları" sayılan indiki və keçmiş məmurların qanunları ayaq altına atıb tapdaladığından danışılırsa (elə sənin tv kanalında da) , o ölkəyə necə "çiçəklənən" demək olar?
"Xainlər" dediyin "filmin" nə yaxşı ki, Ramiz Mehdiyevin nəvəsinə etdiyi toya "TOY" tutulduğu(Karantin rejimini pozanlar, qanunları pozaraq, tənbeh edilir!) dövrdə nümayiş etdirildi…
Miriiş, bəlkə deyəsən, "xainlər" dediyin, ölkədən min kilometrlərlə uzaqda yaşayanlar təhlukəlidir, ya ölkəni içəridən dağıdan, indiki və keçmiş XAİN məmurlar?
Ağalarının süfrələrinin qalıqlarını yeyib kökəlmiş Mirşahinə, üçüncü "Sağ ol"umuzu deyib keçək "filmin" digər "maraqlı" məqamlarına.
Çox sağ ol, Miriş!
Talış sözünə Milli Məclisin qərarı ilə rəsmən yasaq qoyulduğu halda, son 15 ildə respublika televiziyalarında səslənməyən "Talış" sözünü geninə-boluna səsləndirdiyinə görə!
Ay qırışmal, özün "Talış" kəlməsini rahat şəkildə işlətdiyin halda möhtərəm Şeyximizi "cənub xalqı" ifadəsini islətməyə sövq edib, onu gülüş hədəfinə çevirməkdə məqsədin nədir? Ölkədə qanunların, İnsan Haqlrının qorunmasına nəzarət edən Ombusman, bu qanunları qəbul edən deputatlar, "elm məbədi" sayılan AMEA-nın akademikləri qanunları saya almırsa, o ölkə necə "çiçəklənə" bilər?...

TALİŞ XALQINA QARŞI
TƏZYİQ VƏ TƏQİBLƏRƏ, İRTİCAYA SON!!!

Talış Milli Hərəkatı.
24 avqust 2020 il.

tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [274]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [228]
SIYASƏT [119]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Август 2020  »
ВсПнВтСрЧтПтСб
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0