11:08
Qənirə Paşayevə ,Sənin şəhid atasını öz ayağın  gətirməyin şəhid ruhuna hörmətsizlikdir
Qənirə Paşayevə ,Sənin şəhid atasını öz ayağın  gətirməyin şəhid ruhuna hörmətsizlikdir.

Adam illərdir artistlik edir, hamı da əl çalır. Nə buna bir DUR deyən var, nə bunun özündə də durmaq mərifəti. Adam şəhid ata-anasına çox böyük hörmətsizlik edib. Həm də əslində şəhid ata-anasına etdiyi öz PR-ı üçün qurduğu şouya dövləti ali orqanı Milli Məclisi alət etməklə. İndi sizə bu adamın artistliyindən danışacam. Bu adam demək neyləyir, mən yazım siz də oxuyun. Sizə hələ bunun artistliyinə diqqət edin də. Adam ucqar dağ rayonu Lerikdə yaşayan şəhid atasına Milli Məclis adından zəng elətdirir. Bəli, məhz zəng elətdirir, köməkçisinə. Bu şoumen  şəhid atasına zəng etməyi özünə  sığışdırmayıb köməkçisinə elətdirir. Zəng edib deyirlər ki, bəs sizi Milli Məclisə dəvət edirik. Yazığ adamlar da dövlətin, Milli Məclisin adını eşidərək durub ölkənin o başından bura gəlir. Adamlar  da Milli Məclisə gəlib sədri yox, bu şoumen Qənirəni görürlər. Bir xeyli çərənləyəndən də sonra da geydirmə QHT-lərin 50 manata satdığı kağız parçası kimi bir şeyi onlara verib sonra da şəkil çəkib paylaşır. Özü də Milli Məclis adından. Bir əl boyda kağıza görə şəhid ata-anasını Lerikdən bura çağırmağa dəyərdimi, ay Qənirə. Heç utanırsanmı, sənə ayıb deyilmi? Niyə belə edirsən? Öz ad-sanın üçün, avam insanların, sənin şoubaz olduğunu bilməyənlərən   “əhsənee, dəhşət vətənpərvərdi”  demələri üçün niyə şəhid atasını Bakıya çağırırsan, özü də dövlət adından istifadə etməklə. Sənin etdiyin dövlət adına ayıbdır. Dövləti öz hoqqalarına alət etmə, ayıbdır vallah. 
Ay Qənirə, sən belə şəhid ataları qeydinə qalan olmusan? Sən şəhid atası qədri bilən deyilsən. Bunu sənə imenno mən Fuad deyirəm. Elə olsa əks halda onlara əziyyət verib Bakıya çağırmayıb özün onların ayağına gedərdin. Canına əziyyət verməyib özünə qıymadın, amma şəhid atasına qıyıb onlara əziyyət verirsən 
Şəhid və qazi mövzusu mənim üçün qırmızı xəttdir. Bu addan istifafə edən adamlara nifrət edirəm, lap doğma qardaşım belə olsa ona da nifrət edərəm. Ay Qənirə, sənin həmkarın Razi Nurullayev və Məşhur Məmmədov Lerikdə şəhid dəfnində olublar, şəhid ailərilə görüşüb onlara təsəlli verib mənəvi dayağ olublar. Onlar Lerikə şəhid atasının ayağına getdilər. Amma sənin kimi şəhid atasını öz ayağlarına gətirmədilər. Əgər sən də Razi və Məşur kimi  şəhidin qəhrəmanlığına belə hörmət edənsənsə, şəhid atasının dərdinə şərik olansansa sənin də canın çıxsın bu iki deputat kimi dur get Lerikə. Onlarla orada görüş, şəhidin evində. Qənirə,sən kimsən axı şəhid atasını öz şoun üçün Lerikdən Bakıya öz ayağına gətirirsən? Bəlkə sən ölkənin prezidentisən, bəlkə vise-przidentisən, bəlkə baş nazirisən, bəlkə də Milli Məclisin sədrisən, bizim də xəbərimiz yox. Əgər beləsənsə de biz də bilək. Sənin bu əməlivə şou, sənə də şoumen deməyək
Deputat Qənirə, bəsdi daha, bu hoqqalarına son ver. Sənin şəhid atasını öz ayağın  gətirməyin şəhid ruhuna hörmətsizlikdir. Şəhidlərin ruhuna hörmətsizlik eləmə. Sən haçana kimi bu artistliyini davam etdirəcəksən? Sən haçana  kimi, şəhid, qazi, turk qardaşlığı kimi mövzulardan  öz şəxsi reklamın üçün istifadə edəcəksən? 
Başım çıxmıre, Milli Məclisin sədri, Milli Məclisin Aparatı rəhbərliyi hara baxır? Bu adamın bu hoqqasını görmürlərmi? 
Başımı problemlərdən  götürüb iki günlük istirahətə gəlmişdim də, guya. Qənirənin bu hoqqasını eşidib çox əsəbləşdim. 
Sonda isə xahiş edirəm heç kim mənə bu statusu sil deməsin.

 

Fuad Jaliloff

Category: Sİyasət | Views: 97 | Added by: tmmrtalish | Tags: Fuad Jaliloff | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: