/ Новости сайта / XƏBƏRLƏR / Qənirə Paşayevanın : Türkiyə, Gürcüstan, Monteneqro, Maltada biznesi, mənzil və obyektləri
31.03.2020

Qənirə Paşayevanın : Türkiyə, Gürcüstan, Monteneqro, Maltada biznesi, mənzil və obyektləri

Qənirə Paşayevanın : Türkiyə, Gürcüstan, Monteneqro, Maltada biznesi, mənzil və obyektləri


Saxta yolla deputat təyin olunan Qənirə Paşayeva deyib ki, Azərbaycanda (!) onun adına biznes tapan adama, həmin biznesləri hədiyyə edəcək. Etmədim tənbəllik, xalqımızın Qənirə xanımı ifşa edən faktları sizin üçün topladım.

Bəli, bu varidat Azərbaycan xalqının haqqıdır, onu hədiyyə etmək yox, xalqa geri qaytarmaq lazımdır. PAYLAŞIN ki, bəlkə Qənirə xanım, öz-qohum əqrəbasının adına rəsmiləşdirdiyi və işlətdiyi biznes siyahısını görüb, utandı və bir də yalan danışmadı:

Bakı, Nəsimi rayonu, S.Əsgərova küç. ev 156 şəxsi mənzili
 Badamdar, Masazır, Şamaxı, Mehdiabadda dəbdəbəli villalar
 Kristal Abşeron yaşayış kompleksində mənzillər
 Sumqayıtda Qurd Dərəsi bağlarında böyük bir bağı
 Xudat meşəsində böyük bir ferması
 Siyəzəndə quşçuluq fabriki
 Qubada xüsusi sort ting qoz ağacı sahələri, alma bağları
 Qusar rayonunda hektarlarla fındıq bağları
 Xaçmaz rayonu, Maqsudkənd ərazisində findiq bağları
 Tovuz rayonunda dəbdəbəli hoteli və iri ferması
 Maştağa qəsəbəsi, "Savxoz" adlanan yerdə hektarlarla parniklər
 Sabirabadda hektarlarla qarpız sahələri
 Bakının Zirə kəndində istixanalar
 Salyan rayonu, Xələc kəndində böyük ərazidə üzüm bağları, sarımsaq sahələri
 Şabran, Xaçmaz, Tovuzda hektarlarla bağları
 Bakının Mehdiabad qəsəbəsində iri bir ferması
 Sumqayıt Texnologiya Parkı ilə üzbəüz zavodu
Xudat istiqamətində hektarlarla gilas bağları
 Bakıda Əcəmi metrosunun çıxışında obyektləri
 Sumqayıtda "Turan" restoranlar şəbəkəsinə "krişalıq" etdiyi deyilir
Sumqayıt-Novxanı-Binəqədi marşrutu ilə işləyən 985 nömrəli avtobus xətti
Ələtdən üzü Salyana sağ tərəfdə, Şirvan kanalın sağında böyük bir balıq gölü
Türkiyə, Gürcüstan, Monteneqro, Maltada biznesi, mənzil və obyektləri olduğu iddia olunur

P.S, Ganire Pashayeva xanım Bakıdakı evi və Masazırdakı bağı-villasından savayı digərlərini təkzib edərək, məni böhtan danışmaqda və yalan yaymaqda ittiham edərək, üzr istəməyimi tələb edib.

Həbib Müntəzir
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: