/ Новости сайта / TMH XABAR / Qazax rayon şiə-müsəlmanı dindarı qan ağlayır , bu qədər haqsızlıq olmaz !
29.03.2020

Qazax rayon şiə-müsəlmanı dindarı qan ağlayır , bu qədər haqsızlıq olmaz !

96 0 TMH XABAR
 Qazax rayon şiə-müsəlmanı dindarı qan ağlayır , bu qədər haqsızlıq olmaz !  




Salam hörmətli dostlar , bilmirəm mətbuat mənim haqqımda başıma gələnlərdən yazırlar ya yox, amma istəyirəm bir qədər məlumat verim. 
 Bu bazar günü evdən çölə çıxdım gördüm polislər yolumuzun üstündə qarovul çəkir, bağdan keçdim Məcidin həyətinə, ordan da ailəmlə bərabər təzə məhəllədən Ağstafa yoluna , ordan da Bakıya gedən marşruta minərək, şəhərə gəldik.
Bakıda pulsuz vəkillər var, dövlət hesabına, mənim pensiya işim var idi, nazir ildə bir dəfə ikinci qrup   əlillərə pul ayırır,  o işi onların yardımı ilə həll etdim . 
Ordan, sonra gəldik prezident aparatın qarşısına,  jurnalistlərin müşahidəsi ilə aksiya keçirtməyə cəhd etdim. Ailəm də mənimlə bərabər və digər adamlarla bir yerdə, PA binasına yaxınlaşmağa cəhd etdik. Jurnalistləri yaxına buraxmadılar, polislər bizi mühasirəyə aldılar, bizi 9 polis bölməsinə apardılar. Guya dedilər ki, Vilayət Eyvazov maraqlanıb bu işlə, bu işdən xəbəri var. 9-cu bölmənin rəis muavini Muşviq, bizi qəbul etməli idi. Üstündən bir qədər keçən kimi Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsindən gəldilər və bizi aparıb axşam saat 12 yə qədər orada saxladılar.  "Bandatelin" bir işçisi var idi, qapıda müavin yazılmışdı,  O , bizi qəbul etdi. Nəhayət,
həmin polis: sizin Məscid məsələsi düzələn deyil ! 
Mən : Niyə ? 
Polis : Ona görə ki Qazaxda bir vəhabi gəlib şiə Məcidini partladar , insanlar qırılar, ona görə də bu mümkün olan iş deyil! ( polis bunu deyir ) 
Polis:-sən bu sevdadan əl çək.
Mən: Qanuni yolnan bu işin həllini istəyirəm .
Polis: Bu xəbəri verimsən bütün mediaya hətta Ermənistan mediasında bu barədə yazıb.
Mən : -Ola bilər,- deyə cavab verdim.

Gecə saat 12-də, bu görüşdən sonra, bizə 80 manat verib, taxsi ilə Qazax rayon polis şöbəsinə göndərdilər, səhərə yaxın gəlib çatdıq Qazax RPŞ-nə və rəis
 Ədalət Əliyev bu dəfə məni təhqirlə qarşıladı. İndilərdə, bir az olar ki, bizi buraxıblar. Mənə axırıncı dəfə xəbardarlığ  etdilər , tapşırdılar ki, bir daha Bakıya və mediaya çıxaramsa , məni həbs edəcəklər. Qazax Rayon polis şöbəsinin rəis muavini isə bildirdi ki, bu, yəni mən, Ələkrəm Hümmətova güvənirəm. 
Ey əhli müsəlman qardaşlarım, axı, mən Azərbaycan vətəndaşıyam, mən hara və kimlərə müraciət edim, xahiş edirəm, mənə kömək edəsiniz!

Dərin hörmətlə, əhli-beyt Şiəsi, Seyid Mircəfər.

tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: