12:59
Qobustan qapalı həbsxanasında Fəxrəddin Abbasovun müəmmalı qətli ilə əlaqədar Matəm elanı barədə  S Ə R Ə N C A M I :
Qobustan qapalı həbsxanasında Fəxrəddin Abbasovun müəmmalı qətli ilə əlaqədar Matəm elanı barədə  S Ə R Ə N C A M I :

Talış Muğan Muxtar Respublikası Prezidentinin,
Talış Xalqının böyük və dahi şəxsiyyəti,-alim, siyasətçi, publisist, dövlət xadimi Fəxrəddin Əbboszodənin(Abbasovun) Azərbaycan Respublikasının Qobustan qapalı həbsxanasında müəmmalı qətli ilə əlaqədar Matəm elanı barədə
                              S Ə R Ə N C A M I :
Əziz, hörmətli, mərd Talış mahalının Sakinləri, Talış xalqı, Azərbaycan vətəndaşları!
Böyük kədər, qəlb ağrısı ilə bildirirəm ki, 9 noyabr 2020-ci il tarixində çox ciddi rejimli, qapalı Qobustan həbsxanasında, gündüz saatlarında, müəmmalı şəkildə, hələ xeyli bundan əvvəl ehtimal edərək, dünyaya elan etdiyimiz, Talış xalqına qarşı, - böyük cinayət əməli törədilmişdiri: Xalqımızın, sözün həqiqi mənasında mərd və yenilməz oğlu, böyük alimi, ictimai-siyasi xadimi, TMMR-nın tək və əvəzedilməz Məclis sədri, Fəxrəddin boylimiz Abbasov(Əbboszodə) vicdansızcasına rejimin quldur rəhbərliyinin tapşırığı ilə, qətlə yetirilmişdir!
 Biz, xalq olaraq - öz qeyrət, mənlik, varlıq nümunəsi olmaqda, öz haqq və ixtiyarlarımızda taleyimizə sahiblik naminə, bir növbəti, böyük Merdimizi qoruya bilmədik, bizə xidmətdə olduğu səbəbdən, çox böyük təəssüflər, onu asanlıqla qurban verib, az qala mübarizə meydanında tək, müdafiəsiz saxladıq!...
 Bizə qardaşlıq, qohumluq iddiasında olan və hər məsələdə, maraqları naminə özümüzü könüllü qurban verməkdən belə, vaz keçmədiyimiz Titul xalqın, həm də, “demokratik-insanpərvər” imicini zahirən özünə fəaliyyət meyarı kimi qəbul edib-sırıyan camiyyəsi də, Boylimizin qətlində, qatillərin yanında yer tutdu!
    Hesab edirəm Talış xalqının həyatında, ona qarşı böyük bir faciə, Fəxrəddin boylimizi bizim xalqın taleyindən guya silinməsi ilə, böyük xətalı, səhv hökm verildi!
  Talış xalqı var olacaq və daima öz digər qeyrətli övladlarının xatirəsi kimi, Fəxrəddin boylimizin xatirəsini də əziz tutmaqla, Onu yaşadacaq!
  Xalqımıza qarşı törədilən bu ağır cinayyət əməlini qətiyyətlə pisləməklə,
                               Q Ə R A R A   A L I R A M :
 10 noyabr 2020-ci il tarixindən başlayaraq, 12 noyabr 2020-ci il tarixi də daxil, 3(üç) günlük Matəm elan edirəm.
           Yaşayıb, var olsun Talış xalqı!
           Fəxrəddin Əbboszodə(Abbasov) daima Talış xalqının həyatında və yaddaşında var olacaq!
           Yaşasın Tolışstan! Bıjiyo Tolışə milət, çəy barzə Zoə Fəxrəddin boyıi!
TMMR-nın  Prezidenti,
Ə.Ə.Hümmətzodə (Hümmətov).
Haaqa şəhəri, Nederland krallığı.
  10 noyabr 2020-ci il.


 
Category: TMH XABAR | Views: 149 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: