search
menu
person

NEWS AND UDATES


20:49
Qurban  Məmmədov  agentdir! Eldəniz Quliyev
Qurban  Məmmədov  agentdir!

Bir zamanlar şeytanın ayağı yalın idi...
Və o, özünə bir cüt  keyfiyyətli  papış axtarırdı. Çox axtarıb-arayandan sonra papış tikən ustaların içərisindən “ala itdən məhşur” olan Qurban kişini seçdi. Əsində, Qurban heç  kişi-zad da deyildi, yəni  kişiliyini, kişiliyi ilə  birgə abır-həyasını da  çoxdan salıb itirmişdi...
Əlqərəz, şeytan gördü ki, papış ustalarının arasında ən məhşuru elə Qurbandı ki var...  Burada qeyd edək ki, “gördü” deyəndə, şeytanın gözü  görmürdü. Şeytan kor idi. Sadəcə, bilirdi ki, Qurbanın “qan daman” sir-sifəti və nurunu kin-kudurətlə əvəz eləmiş bərələ gözləri, eləcə də ləyaqətli insanlara qarşı aşıb-daşan hikkə və nifrəti  çox  əlverişli bir materialdı.
 Bu, əlbəttə ki, şeytana  sərf eləyirdi. Odur ki, o, bir şilləylə  iki  üz qızartmaq qərarına gəldi. Yəni həm  ayağına geyinəcək rahat papış əldə etmək, həm də özü üçün qəşəng bir işverən, gözəl bir əlaltı, yaraşıqlı bir qapazaltı... daha doğrusu, abırsız bir AGENT seçmək! 
Qurbanın   daha bir neçə unikal  alçaqlığı var idi və bu naqisliklər  şeytanı tam qane edirdi. Qurban, çoxlarından fəqli olaraq, adi oksigenlə yox, ağappaq  yalanla nəfəs almağı bacarırdı. Və elə beləcə, yalanla nəfəs ala-ala da  Allah kəlamlarından məharətlə istifadə edib şeytan əməllərini həyata keçirirdi. Üstəlik,  istənilən adamın üzünə... dirək kimi  qırmızı-qırmızı durmağı  bacarır və azına-bozuna baxmadan, istənilən adama  şərdən-böhtandan, çamurdan-filandan da ata bilirdi.
Şeytana da elə bu lazım idi – felini-fitnəsini-əməllərini həyata keçirmək üçün Qurbandan da yaxşı xammal ola bilərdi?..
Şeytan tənbəlliki eləməyib, durub  bir baş Qurbanın yanına gəldi. Amma  danışmağa imkan  tapmadı. Elə ağzını açıb söz demək istəyirdi ki, Qurban macal vermədi:
- Mən hazıram.  Mən  razıyam. Mən  bacararam!  Nə sözün-qulluğun, nə şərtin-şürtün varsa, canla-başla icra etməyə müntəzirəm, mənim ağam! İstəsən, sənə papış da tikərəm, lap səninçün qamış da əkərəm. İstəsən, lap belə sənə “fora” vermək talantımı da nümayiş etdirərəm
Qurbanın bu sözləri çeytanın canına od kimi, alov kimi yayılıb ləzzət elədi.
Şeytan:
-Xeyli xub!- dedi.- Papış öz yerində... Sən bu günnən mənim “şestyorkam” olursan! Yəni -agentim! 
Qurbanın kin-kudurət dolu cıvıldız gözlərindən sevinc qığılcımları çıxdı.
Şeytan davam elədi:
-Əmma... əmma ki, iki şərtim var...
-Buyur, mənim ağam.
-Birinci şərt: bədəninin bir üzvünü kəsib mənə bağışlamalısan. Ki, sənin mənə qarşı göstərdiyin sədaqətinin dördayaqlı olmasına arxayın olum. Nöşün ki... 
Qurban şeytana sözünü bitirməyə aman vermədi. Bir dördayaqlı cəldliyi ilə şappadan sol əlinin şəhadət barmağını kəsib ona uzatdı. Və bu elə gözlənilməz oldu ki, şeytan çaşıb qaldı...
- Buyur, mənim ağam. Sənnən buyruq-mənnən qulluq!
Nəhayət şeytan özünə gəlib dilləndi:
- Malades! İndi ikinci  şərt. İkinci  şərtim budu ki, bunnan sonra  sənin quyruğun olmalıdı. Yəni mən sənin bədənivin bir yerinə qəşəng bir quyruq yapışdırmaliyam. Elə bir quyruq ki, şələquyruq tülkülər belə hayıl-mayıl qalsınlar! Özü də düz belivin tərbiyəli adını bitirib, forması və daşıdığı funksiyasını dəyişdiyi yerinə.
-Annadım, mənim ağam, buyur harama istəyirsən yapışdır.
Qurban bu sözləri deyib ikiqat əyildi. Amma  təzim pozası alanda elə tələsdi ki, az qala dombalaq aşacaqdı...Bir təhər tarazlığını saxlayıb, paçası arasından boylandı:
-Mən hazıram da bəə!-dedi.
Və deyilən quyruq, müvəffəqiyyətlə deyilən yerə yapışdırıldı. Qurban da o gündən oldu şeytanın sevimli  “lyubimçiki”. Yəni agenti!
Şeytanın agenti!
Vəssalam!
*
Belə...  Həə, işdi-şaiyətdi, birdən kimsə söylədiyim  bu əhvalata inanmaz, ya  şəkk gətirib, şübhə eləyər...  Bax, bəyan edirəm: lazım olsa, nəyə desəniz and içərəm ki, dediklərim nöqtə-vergülünəcən  tər-təmiz həqiqətdi və bu məsələdə zərrə qədər də olsun yalan-palan yoxdu,ola da bilməz! Yox, əgər qayıdıb bundan sonra da inanmayan olsa, yaxud  elə Qurbanın özü, şüvənlik salıb çığır-bağır qoparsa ki, bə mən agent-magent deyiləm, mən Dədə Qorqudun kserokopiyasıyam, Koroğlunun qolu, Qaçaq Nəbinin qıçıyam... onda həmin o şəkk gətirən adamlar, lütfən, şəxsən Qurbanın özünə  müraciət etsinlər.
Müraciət eləyib soruşsunlar, hətta tələb eləsinlər ki, o, əvvəlcə sol əlinin şəhadət barmağını, daha sonra bədəninin quyruq yapışdırılmış ayıb yerini göstərsin. Özü də mürtləq və mütləq canlı yayımda! Göstərsə... və  görsəniz ki, həqiqətən quyruq-filan yoxdu, yəni mənim bayaqdan dediklərim yalandı, onda sizə söz veririrəm  ki, gedib özümü  Abşeron bağlarının birində  on nömrə sapla, əncir ağacından asacam. Asmasam heç kişi deyiləm!
Bu qədər. Yəni hələlik bu qədər!..
Eldəniz Quliyev
Категория: XƏBƏRLƏR | Просмотров: 13 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090