search
menu
person

NEWS AND UDATES


18:00
Rəhim Mirzəyev :  Talış xalqına qarşı müxalifət sıralarından hücumlar !
                                           Rəhim Mirzəyev :  Talış xalqına qarşı müxalifət sıralarından hücumlar !

  Son zamanlar, Talış xalqına qarşı müxalifət sıralarından hücumlar başlamışdır. Özünü "liberal" adlandıran, demokratik cəmiyyətdən danışmaqlarına baxmayaraq, amma öz əsil  şovinist, nasist simalarını gizlədə bilmirlər. Mən bir daha əmin oldum ki, Talış xalqı öz müqəddəratını özü həll etməlidir. Bu ağılnan bunlar hakimiyyətə gəlmək istəyirlər. Nə vaxt Azərbaycanlı Mars planetinə gedərsə, bu cür müxalifətçilər və onların təmsil etdikləri partiyalar, hakimiyyətə gələcəklər.
  Sonda isə bu kommentləri yazan  Elnur Sadıqovun yadına salmaq istəyirəm ki, Əlikram Hummətovun bir xəyanəti olub, o da Qarabağda onun namusunu qorumaq. Bəli, Əlikram Hummətovun bu cür xəyanəti olmasaydı, Elnur Sadıqov indi öz kirvələrilə şərab içirdi.
 
Elnur Sadigov :  "Ataxan müəllim,sevindirici haldır ki,ikimiz də real olmayan,mövcud şərtlər altında bizə zərər verə biləcək addımlardan uzaq durmağın zəruriliyini anlayırıq. O cümlədən,erməni separatizmindən əziyyət çəkən bir ölkədə də milli zəmində coğrafiya yaxud toponim davası aparmağın da ağır nəticələr doğuracağını bilməliyik. 

Ələkrəm Hümmətov,Fəxrəddin Abbaszadə kimi vətən xainlərinin mövcudluğu və hər gün qəsd planları qurduğu şəraitdə bu doğrudan təhlükəlidir. 

Azərbaycanın dominant milləti türklərin dövlətin birliyi naminə öz milli haqlarından imtina etdiyi bir şəraitdə "Cənub bölgəsi" ifadəsinin "Talış bölgəsi" ifadəsiylə əvəzlənməsini tələb etmək,"Azərbaycanda bir milyon talış var" iddiasını irəli sürmək də separatizm toxumları səpməkdir. 
Azərbaycan türkləri dövlət dilinin "türk dili" yox "azərbaycan dili" olmasına, dövlətin adının Azərbaycan Türk Respublikası yox Azərbaycan Respublikası olmasına razılaşıblarsa gərək milli azlıqlar da onlara verilmiş indiki hüquqlarla razılaşsınlar. Separatizmə rəvac verən tələblərdə bulunmasınlar. Siz özünüz çox yaxşı bilirsiniz ki,dövlət dili güzəşti sırf milli azlıqlara görə edilib."


Rəhim Mirzəyev
Category: SIYASƏT | Views: 93 | Added by: tmmrtalish | Tags: Rəhim Mirzəyev | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $