10:39
Redaksiya heyəti : Mirşahin Ağayevə deyirik İrqi, milli ayrı-seçkiliyə SON VERİN !
Redaksiya heyəti : Mirşahin Ağayevə deyirik İrqi, milli ayrı-seçkiliyə SON VERİN !



Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!
Elvin İsayevə AZADLIQ!
Mübariz Mənsimova AZADLIQ!
Aslan Qurbanova AZADLIQ! İrqi, milli ayrı-seçkiliyə SON!

Talış xalqına qarşı təqibə SON! Talış Milli Hərəkatı (TMH). Xəyanətkarın "xəyanətkar axtarışı"! “Adımı sənə qoyaram, səni yana-yana qoyararam!" və ya Allah Cəlal Əliyevə rəhmət etsin! Son günlər, sosial mediada Mirşahin Ağayevin çəkdiyi bir filmin anonsu yayımlanır. Görünür Mirşahin(Cəlal Əliyevin "təyini"...) yenə "fas" komandası almışdır. Bu Azərbaycan reallığıdır! Özü, reklam çarxında, gözünü qıyaraq ekrana zillənmiş halda soruşur: - Siz heç xəyanətkar görümsünüzmü? Bu, hamıya məlum tip haqqında uzun-uzadı yazıb, mübarək vaxtınızı almaq istəmirik. Fikrimizcə Mirşahinin(Cəlal Əliyevin "təyini"...) elə həmin reklam çarxının ekranından boylanan kərtənkələyə bənzər simaya baxıb xəyanətkarı görmək olar. Bunun üçün Mirşahinin (Cəlal Əliyevin " təyini"...) uzun illər birgə çalışdığı Çingiz(Allah rəhmət eyləsin!), Vahid, Seyfulla Mustafayevlərin indi harada, bu "təyininsə" harada olduğunu göstərmək kifayətdir. Zənnimizcə, Azərbaycan ictimaiyyətinin az-az ortaq məxrəcə gəldikləri məqamlardan biri də, Mirşahin( Cəlal Əliyevin "təyini"...) sözü artıq çoxdan Xəyanətkar sözü ilə SİNONİM kimi çəkilir. İnsanlar, Mirşahin(Cəlal Əliyevin "təyini"...) deyəndə fikirlərində XƏYANƏTKAR deyərək düşünürlər… Anonsda göstərilən şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Mirşahinsə(Cəlal Əliyevin " təyini"...), adət etdiyi kimi yenə "Saqqız çeynəyir" (Düşünürük, bu sözlərin müəllifinə də rəhmət düşür!) .

Bu da, Azərbaycan reallığıdır! Redaksiya heyəti.
Category: SIYASƏT | Views: 349 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: