20:39
Robert Uodlou – tarixin ən uzun adamı
Robert Uodlou – tarixin ən uzun adamı.

1918-ci ildə anadan olan Bobbi 4 yaşına qədər normal ölçülərə malik idi. Daha sonra ehtimal ki, hipofiz şişi və akromeqaliya səbəbindən sürətlə uzanmağa başladı. Səkkiz yaşında boyu 188 sm, 10 yaşında 198 sm, çəkisi isə 100 kq idi. Universitetə daxil olduğu 18 yaşında boyu 254 sm-ə çatdı.
Uodlou 20 yaşından sirkdə, müxtəlif sərgilərdə çıxış edir, bütün Amerikada tanınır.
Amma getdikcə sağlamlığında problemlər yaranır. Ayaqları qeyri-adi dərəcədə uzun bədənini saxlamağa çətinlik çəkir və onların dayaq üçün xüsusi metal vasitələrə (dişlərdəki breketlər kimi) ehtiyacı yaranır. Məhz pis hazırlanmış breket Uodlounun erkən ölümünə səbəb olur. Topuğunun sürtülməsi nəticəsində infeksiya və sepsis yaranır. Həkimlərin bütün səylərinə baxmayaraq, Robert Uodlounu xilas etmək mümkün olmur.
Ölümündən bir neçə gün əvvəl aparılan ölçülərə görə onun uzunluğu 272 sm idi. Ayaq ölçüsü 75 idi. O, boyu haqqında dəqiq məlumatlar olan ən uzun adam kimi Ginnesin rekordlar kitabına düşüb.
Hazırda yaşayanlar arasında rekord Türkiyə vətəndaşı Sultan Kösənə məxsusdur – 251 sm.

Bir 3 nəfər və ayaqüstə duran insanlar rəngsiz şəkli ola bilər

Yadigar Sadigli

Category: Elim və İnkşaf | Views: 44 | Added by: tmmrtalish | Tags: Yadigar Sadigli | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: