search
menu
person

NEWS AND UDATES


20:43
Rusiyada həbs edilən azərbaycanlı blogerin qardaşı oğlu Qurban Məmmədova müraciət etdi: Talışın ağsaqqalı var  - VİDEO

Rusiyada həbs edilən azərbaycanlı blogerin qardaşı oğlu Qurban Məmmədova müraciət etdi: Talışın ağsaqqalı var  - VİDEO


Bu yaxınlarda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı bloger Elvin İsayevin qardaşı oğlu Amil İsayev Londonda mühacir həyatı yaşayan Qurban Məmmədovla bağlı videomüraciət yayımlayıb. 

Milli.Az Demokrat.az-a istinadən xəbər verir ki, videomüraciətində Qurban Məmmədovu qorxaq, yalançı və saxtakar adlandıran Amil İsayev Elvin İsayevin həbsində də onu günahlandırıb:

Amil İsayev bildirib ki, Qurban Məmmədov onun yaxın qohumu olan Elvin İsayevi bu yaxınlarda Rusiyada həbs etdirib:

"Qurban Məmmədov, sən Londonda oturub insanları bir-birinə vurdurursan. Belə cəsarətlisənsə, gəl bir yerdə mübarizə apar. Yoxsa kənarda oturub fitva verməklə heç nəyə nail ola bilməyəcəksən. Biz dostlə düşmənin kim olduğunu yaxşı bilirik. Sənin bu cür "dəstəyin" bizə lazım deyil. Bir halda ki, aranı vurursan, o zaman qıraqda dayanma, özün də meydana gəl! Hamı görür ki, sən bu milləti ələ salırsan. Allah bilir ki, sənin arxanda kimlər dayanıb. Sən nə Azərbaycanı, nə də bu milləti sevmirsən. Heç talışları da sevmirsən, yalandan aranı qarışdırmaqla məşğulsun. Təxribat yaradıb talışları qızışdırmağa ehtiyac yoxdur. Talışların öz ağsaqqalları var, onların sənə ehtiyacı yoxdur. Belə cəsarətli oğlansansa, dur gəl bura! Kənarda gizlənib danışmaq hünərli iş deyil. Sənin elədiyini hər kəs edə bilər. Mən də gedib Amerikada oturub sənin kimi kimə gəldi söz ata bilərəm. Amma bunu etsəm, özümə yaxşı oğlan kimi baxa bilmərəm". (Milli.Az)

tolishstan.com

Category: TALIŞH | Views: 164 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $