search
menu
person

NEWS AND UDATES


18:11
Sədərək Ticarət məkəzimin rəhbərliyi də Talışlara qarşı diskriminasiya siyasətinə qoşulub!?
 

İndicə "Sədərək" T/M-nin hüqüq şöbəsinin rəisi Azər bəyin qəbulundan Gəlirəm. "Aləm" jurnalının son nömrəsini də ona və yanında olan digər işçilərə təqdim etdim və bildirdim ki, oxuyun, burda separatçılıqla, dövlətin mənafeyinə ziyan verəcək bir kəlmə söz belə yoxdur. Hansı ki, iki gün öncə onun qəbulunda olduğum zaman mənə Fəxrəddin Abbasov və Ələkrəm Hümmətzodə barəsində suallar verilmişdi və mən də onların heç biri ilə əlaqəmin olmadığını bildirmişdim. Uzun söhbətdən sonra stolun üstündə qoyulmuş səsyazan cihazı mənə göstərilərək bildirilmişdir ki, səsin yazılıb, əgər burdakı söhbətlər otaqdan qırağa çıxsa, səni yalan məlumat vermək məhkəməyə verəcəyik və böyük məbləğdə təzminat tələb olunacaq. Və bir də  bildirdilər ki, ancaq "yuxarı"dan bizə zəng olunsa ki, bu iş həll olunsun onda mağazanda rahat işləyə bilərsən. Bu yenidən onların nəzərinə çatdırdım ki, mənim "yuxarı"da Allahdan, aşağıda xalqımdan başqa heç kimim yoxdur. 
   Əziz dostlar, bu gün mənə deyilən son söz bu oldu ki, mağazan sabahdan bağlanacaq. Get, nə bacarırsan onu da et.
 Artıq "Sədərək" T/M-də həyatımı təhlükə altında hiss etsəm də, buranı tərk etmək fikrim yoxdur. 

BIJİ TOLIŞ!

Category: XƏBƏRLƏR | Views: 409 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar