20:44
Şəhidin türkü, talışı, tatı olurmu, Xətai babam!?!
Şəhidin türkü, talışı, tatı olurmu, Xətai babam!?!

Neçə gündür yazmaq istəyirdim, amma səbr göstərirdim: deməli, Lənkərandakı kəndimizdə mənə də uzadan qohumluğu çatan iki talışəsilli şəhid gətirildi. Bir həftədir radiolarda təzə mahnının misraları beynimi deşir: "Haydı irəli, türk əsgəri, türk ordusu, nə bilim nə!"
Bunu yazanı, o talış, rus, ləzgi, avar, tat şəhidlərimizin ruhunun ahı tutar, görəsən?
Axı Qarabağda ancaq bizim Azərbaycan türkləri vuruşmur, şəhid olmur, qəhrəmanlıq göstərmir!?
Və srağagün qonşu kəndə ata evi olmayan bir talışəsiəli şəhidin nəşini babasının ocağına gətirdilər!
Vətənin çiynində gələn o şəhidin ruhu rahat idi, bu xalqı parçalayanlara lənət olsun!

(с) Aydın Xan
Category: Sosial şəbəkə xəbərləri | Views: 245 | Added by: tmmrtalish | Tags: Aydin Xan Ebilov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: