/ Новости сайта / XƏBƏRLƏR / Səhiyyə Nazirliyi koronovirusla bağlı əhaliyə çağırış etdi: Martın 29-dək...
29.03.2020

Səhiyyə Nazirliyi koronovirusla bağlı əhaliyə çağırış etdi: Martın 29-dək...

Səhiyyə Nazirliyi koronovirusla bağlı əhaliyə çağırış etdi: Martın 29-dək...


Azərbaycan Səhiyyə Nazirinin müavini Rahim Əliyev vətəndaşlara çağırış edib.

Bu barədə R.Əliyev AzTV-nin "Hədəf” verilişində deyib.

Nazir müavininin sözlərinə görə, vətəndaşlar özünü qorumağa biganə yanaşmamalıdırlar. İnsan özünü mühafizə etməklə ətrafını, yaxınlarını qorumuş olacaq.

"Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Bu qərarın vaxtında verilməsi özünü doğruldur. Çünki xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan əsas addımlardandır. 

Hazırda Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) digər qurumlarla birlikdə Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun tədbirlər görür.

Bundan sonra da hansı qərarlar qəbul edilərsə, onlara uyğun addımlar atılacaq.

Əsas odur ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün əlimizdən gələni edək”, - deyə nazir müavini qeyd edib./oxu.az


tolishstan.com
 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Март 2020  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0